Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-05-13 10:00:00
Müəllimlərdən MİQ sınaq imtahanlarına heyrətamiz reaksiya – 7000  ərizə

Xəbər verdiyimiz kimi, mayın 16-dan etibarən, müəllimlərin işə qəbulu müsabiqəsi üçün sınaq imtahanının keçirilməsi nəzərdə tutulub.

AzEdu.az xəbər verir ki, müəllimlərin işə qəbulu ilə bağlı keçiriləcək sınaq imtahanına qeydiyyat başa çatdı.

Sınaq imtahanında iştirak etmək istəyən 7000-dən artıq şəxs elektron ərizəsini təsdiqləyib.

İmtahan Azərbaycan Dövlət İqtisad Universitetinin 2 saylı tədris binasında (Gənclik korpusu) keçiriləcək.

 İmtahanın keçiriləcəyi tarix barədə məlumat iştirakçıların şəxsi səhifələrinə göndəriləcək.

Qeyd edək ki, sınaq imtahanına gələrkən şəxsiyyəti təsdiq edən sənədin əslini gətirməyi unutmayın.

Günel Yaşarqızı
Müəllifin digər yazıları