Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-05-12 16:35:34
"İmtahana doğum haqqında şəhadətnamə, sürücülük vəsiqəsi ilə gələnlər olub" - DİM nümayəndəsi

"İmtahana doğum haqqında şəhadətnamə, sürücülük vəsiqəsi və şəxsiyyət vəsiqəsinin sürəti ilə daxil olmağa cəhd edənlər olub. Bu yolverilməzdir və qayda pozuntusudur"

AzEdu.az xəbər verir ki, bu sözləri Dövlət İmtahan Mərkəzinin sosial media hesablarında yayımlanan canlı yayımda DİM-in təşkilati – metodiki təminat və təlimlər sektorunun müdiri Adıgözəl Həbibov deyib. Onun sözlərinə görə, imtahanda müəyyən qayda pozuntuları aşkarlanıb:

"15-ə yaxın şəxs imtahana gecikdiyinə görə binaya buraxılmayıb. Sənədlərində səhvlik aşkarlananların sayı da təxminən bu qədərdir. İmtahana doğum haqqında şəhadətnamə, sürücülük vəsiqəsi və şəxsiyyət vəsiqəsinin sürəti ilə girməyə cəhd edənlər olub. Bu yolverilməzdir və qayda pozuntusudur. Eyni zamanda yan-yana oturan abituriyentlərin sual kitabçalarını dəyişdirməsi hallarına da rast gəlinib".

Qeyd edək ki,  bu gün ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçirib.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları