Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-05-11 15:17:00
Peşə məktəblərində hansı fənlər tədris olunmur? – Rəsmi sənəd

 

 Peşə təhsili müəssisələrini 3 illik qruplarında  ixtisas fənləri ilə yanaşı, tam orta təhsil fənləri də tədris edilir. 

Buraya ümumi təhsil pilləsinin Dövlət standartlarının tam orta təhsil (X-XI siniflər) səviyyəsində nəzərdə tutulmuş ümumtəhsil fənləri daxildir.

AzEdu.az  Azərbaycan Respublikasında “İlk peşə-ixtisas təhsilinin dövlət standartları” adlı sənədə istinadən,  peşə təhsil müəssisələrində tədris olunan ümumtəhsil fənlərini təqdim edir:

  “Azərbaycan dili” (təlim Azərbaycan dilində olan məktəblərdə), “Rus dili” (təlim rus dilində olan məktəblərdə), “Gürcü dili” (təlim gürcü dilində olan məktəblərdə), “Azərbaycan dili – dövlət dili kimi” (təlim digər dillərdə olan məktəblərdə), “Ədəbiyyat”, “Xarici dil”, “İkinci xarici dil”, “Azərbaycan tarixi”, “Ümumi tarix”, “Riyaziyyat”, “İnformatika”, “Kimya”, “Fizika”, “Coğrafiya”, “Biologiya”, “Fiziki tərbiyə” və “Çağırışaqədərki hazırlıq”.