Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-05-11 13:03:00
İradə İsaqın TV kursunun sertifikatı ilə  Türkiyə universitetində oxumaq olacaq - İMTAHANSIZ

 

“Hər gün görüşlər, yeni əməkdaşlıqlar nəticəsində iris.tv kursları  tələbələrə yeni fürsət yaratdı.

Artıq sertifikatımız Türkiyənin ən nüfuzlu universitetlərindən olan Yeni Yüzyıl Universiteti tərəfindən də  tanındı. YÖS imtahanı verməli olan tələbələr üçün  bu universitetə qəbul heç də asan məsələ deyil. İllik 5220 dollar olan təhsil haqqı da  hər kəs  üçün əlçatan deyil”.

AzEdu.az xəbər verir ki, bunu tanınmış aparıcı İradə İsaq özünün feysbuk profilində yazıb.

Qeyd edək ki, bir müddət əvvəl aparıcı olmaq istəyən gənclərə  iris.tv hazırlıq kurslarında  bu peşənin sirlərini öyrədən İrada İsaq Türkiyənin nüfuzlu universiteti ilə əməkdaşlığa nail olub.

Artıq həmin kursun sertifikatını alacaq gənclər Türkiyənin Yeni Yüzyıl Universitetində imtahan vermədən oxuya biləcəklər:

 “İris.tv  kursları  tələbələri bütün bu şərtlərdən azad edir. Bizim sertifikatla məzunlarımız bu universitetin  Radio və Televizyonçuluq bölümünün bakalavr, magistr pillələrinə və kollecinə imtahansız qəbul olacaqlar. Üstəgəl  təhsil haqqını yarı qiymətinə ödəyəcəklər”.