Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-05-10 10:52:47
Estoniya universiteti təqaüd proqramı elan etdi – Sərfəli şərtlər  

Estoniyanın Tallin Universitetində təhsil almaq istəyənlər üçün Dora təqaüd proqramı elan edilib.

AzEdu.az xəbər verir ki, təqaüd proqramı təhsilin magistr səviyyəsində oxumaq istəyənlər üçün nəzərdə tutulub.

Gənclər Tallin Universitetində Tətbiqi Fizika, Kommunikativ Elektronika, Kompüter Mühəndisliyi, Kompüter Sistemləri, Kiber Təhlükəsizlik, Ekoloji Mühəndislik, Tibb Texnologiyaları, Sənaye Mühəndisliyi, Beynəlxalq Biznesin təşkili və İdarə edilməsi, Hüquq və s. ixtisasları üzrə magistr səviyyəsində təhsil ala bilərlər.

Dora təqaüdünün miqdarı isə aylıq 350 avro nəzərdə tutulub.

Qeyd edək ki, təqaüd proqramı  haqqında ətraflı məlumat almaq istəyənlər aşağıda göstərilən linkə daxil ola bilərlər:

https://www.ttu.ee/studying/tut_admission/scholarships/dora-scholarship/

Günel Yaşarqızı
Müəllifin digər yazıları