XƏBƏRLƏR

09.05.2019 16:30
“Mixaylo” şəhərdədir - Dünya partizanlarının müəllimi haqqında VİDEO

Faşizm üzərində qələbədə Azərbaycan xalqı həm ön, həm də arxa cəbhədə böyük qəhrəmanlıq göstərib. 1941-1945-ci illərdə 600 mindən çox azərbaycanlı oğlan və qızlar cəbhəyə yollanıb. Təxminən 130 nəfər azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb, 30 nəfər “Şöhrət” ordeninin hər üç dərəcəsi ilə təltif edilib. Azərbaycandan olan 170 min əsgər və zabit SSRİ-nin müxtəlif orden və medalları ilə təltif olunub.

 Belə qəhrəman oğullardan biri də Mehdi Hüseynzadədir. 1918-ci il dekabrın 22-də Bakının Novxanı kəndində anadan olan Mehdi Hüseynzadə 1942-ci il 9 avqustda cəbhəyə yollanıb. O, döyüşlərin birində əsir düşsə də, həbs düşərgəsindən qaçaraq partizan dəstəsinə qoşulub. M.Hüseynzadə Yuqoslaviya və İtaliya partizanlarının sırasında alman faşizminə qarşı fəal mübarizə aparıb, kəşfiyyat-təxribat qrupunun rəhbəri kimi çətin döyüş tapşırıqlarını uğurla yerinə yetirib.

 M.Hüseynzadəyə 1957-ci ildə, ölümündən 13 il sonra Sovet İttifaqı Qəhrəmanı adı verilib.

 M.Hüseynzadə ilə çəkilən “Uzaq sahillərdə” filmi tamaşaçılarda böyük maraq yaradıb.

Filmdə səsləndirilən “Mixaylo şəhərdədir” ifadəsi bu gün də dillər əzbəridir.

 AzEdu.az Modern.az -a  istinadən  “Mixaylo” ləqəbli Mehdi Hüseynzadə haqqında videonu təqdim edir.

 

İlin gənc müəllimi-Müraciət formu