Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-05-09 13:48:50
Təhsil Nazirliyi pop-korn satan gəncə peşə məktəbində təhsil almağı təklif etdi    

Təhsil Nazirliyi rəhbərliyinin tapşırığı ilə Azneft Meydanı yaxınlığındakı keçiddə pop-korn satan gənc tapılıb.

AzEdu.az xəbər verir ki, bu barədə Nazirliyin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov bildirib.

O qeyd edib ki, Seyfullayev İsrafil Vüqar oğlu 2002-ci ilin noyabrında Biləsuvar rayonunun Günəşli kəndində anadan olub:

"Onun 17 yaşı var. 2017-ci ildə IX  sinfi, icbari təhsil mərhələsini bitirib. Hazırda təhsil almır, Binəqədidə yaşayır. Əmək Məcəlləsi 15 yaşından sonra işləmək hüququ verir. İsrafilin arzusuna uyğun olaraq peşə məktəbinə qəbul olunması üçün ona təklif ediləcək".

Qeyd edək ki, Milli Məclisin deputatı Rasim Musabəyov Azneft meydanı yaxınlığında yeraltı keçiddə popkorn satan uşaqla bağlı status yazaraq, onu şəhər sakinlərini zəhərləməkdə, elektrik enerjisindən pulsuz istifadə etməkdə, vergidən yayınmaqda ittiham etmişdi. Daha sonra deputat həmin şəxsin keçiddə olmaması ilə bağlı məlumat paylaşmışdı.