Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-05-08 16:00:00
4 ölkədə oxuyan şagirdimiz: “Holland qıza vurulsam da, alınmadı,  bildim ki...”

AzEdu.az gələcəyi böyük perspektiv vəd edən,  fərqli-fərqli 3 xarici ölkənin məktəbində orta təhsil alan Əliyev Rüfətlə müsahibəni təqdim edir:

Öz dilindən dosye:

-Mən Rüfət Əliyev, 18 yaşım var. Əslən Bakının Maştağa qəsəbəsindənəm. 2007-ci ildə ailəmlə birgə Cənubi Koreyaya getmişik, orta məktəbdə ingilis dilində təhsil almışam. III sinifdə isə Bakıya qayıdıb 1 saylı tam orta məktəbdə oxumuşam. Daha sonra atamın işi ilə bağlı olaraq yenə ölkə xaricinə - Hollandiyaya yollandıq. Orada da 4 il,X sinfə qədər “internationalschool”da təhsil almışam. Əslində Hollandiyaya gedəndə IV sinifdə oxumalı idim, lakin imtahan verib uğurlu keçdiyimə görə birbaşa VII sinfə qəbul edildim. Amma VII sinifdə iki il oxumalı oldum, çünki birinci il sinifdə qaldım. X sinifdə yenidən Bakıya qayıtdıq və XI sinfi Bakı şəhəri 107 saylı tam orta məktəbdə başa vurdum. Hazırda elə Bakıda yaşayıram.

-Rüfət, tez-tez məktəb dəyişməyin hansı çətinlikləri var? Necə adaptasiya olurdunuz?

-Əslində,bu, bir o qədər də çətinlik yaratmırdı. Məktəblər arasında müəyyən fərqlər olsa da, vaxt keçdikcə adaptasiya olmaq mümkün olur. Ya da bəlkə bu, mənim üçün belədir. Böyük məktəblər, yəni müəllim-şagird kollektivi çox olanlar mənə görə daha maraqlıdır. Çünki orada yeni tanışlıqlar, əlaqələr çox olur. Bu baxımdan kiçik məktəblər mənə sıxıcı gəlir.

Cənubi Koreyada gündəlik dərs yükü daha çoxdur. Azərbaycanda gün ərzində 5-6 dərs olduğu halda, orada bir günə 10 dərs keçirdik. Səhər dərsə gedib, yalnız 16:30-da məktəbdən çıxa bilirdik. Müəllimlərimiz hamısı koreyalı deyildi: müxtəlif ölkələrdən-Kanadadan, İngiltərədən olanlardan kifayət qədər idi. Yəni eyni zamanda fərqli dilə, dinə, milliyətə mənsub müəllimlərimiz olurdu.

Mənim Cənubi Koreyada ibtidaidə keçdiyim mövzuları burada daha yuxarı siniflərə tədris edirlər. Oranın məktəb proqramı “sürətləndirilmiş” proqramdır.Tam təhsil 12 illikdir. Ümumilikdə isə orta təhsil özü ibtidai, orta və yuxarı siniflərə bölünür. Orada I-V siniflər ibtidai sinif hesab edilir. İbtidai siniflərdə müxtəlif  fənləri bizdə olduğu kimi 5 il müddətində eyni müəllim (sinif rəhbəri) tədris etmir. Hər sinif üzrə müəllimlər fərqlənir. I sinif müəllimləri, II sinif müəllimləri və s. Və  bu V sinfə qədər belə davam edir.

-Müəllimlərin fərqli milliyyətə mənsub olmaları onların tədris keyfiyyətinə təsir edirdimi?

-Yox, demək olar ki, heç bir fərq hiss olunmurdu. Ya da bəlkə mən aşağı sinifdə oxuduğum, uşaq olduğum üçün çox da yadımda qalmayıb və ya diqqət etməmişəm. Amma yadımdadır ki, müəllimlərin heç biri üstümüzə qışqırmırdı.

-Dediyin kimi, yalnız III və XI sinifləri Azərbaycanda oxumusan. Bəs Azərbaycan dili, tarixi və ədəbiyyatı barədə bilginiz nə qədərdir?

-Həm Cənubi Koreyada, həm də Hollandiyada Tarix fənni maraqlı tədris edilirdi. Çünki dünya ölkələrinin tarixiorada hələ ilk siniflərdən keçirilir. Amerika, İngiltərə, İtaliya, Hindistan tarixi və s.

XI sinifdə Bakıya gələndə tarix fənni tədris edilirdi. Lakin mən qəbul imtahanına hazırlaşdığımdan çox da vaxt edib öyrənə bilmirdim. Təbii ki, illər sonra birdən – birə Azərbaycan tarixini oxuyub qısa vaxt ərzində geniş məlumat əldə edə bilməzdim. Amma Azərbaycan tarixi və ədəbiyyatı barədə bilgilənməyi çox istəyərdim.

-Hansı sahə üzrə ali təhsil almaq istəyirsən?

-Ali təhsilimi İnformasiya Texnologiyaları (İT) üzrə oxumaq istəyərdim. Hesab edirəm ki, bu sahə üzrə ixtisaslaşsam, iş tapmaqda çətinlik çəkmərəm. Xaricdə oxuyub sonra Azərbaycana qayıtmaq fikrindəyəm. Ölkə seçimi olaraq Kanadanı seçmişəm. Fikrimcə, orada İKT (İnformasiya Kommunikasiya Texnologiyaları) daha yaxşı inkişaf edib. Deyirlər ki, hazırda xaricdə təhsil alanların əksəriyyəti bu sahə üzrə ixtisaslaşır. Bu da Azərbaycanda gələcəkdəIT istiqamətli  rəqabəti gücləndirəcək. Yəni kadr çox, iş yeri az olacaq. Amma bütün bunlara fikir vermirəm, istənilən halda bu sahə üzrə ixtisaslaşmaq istəyirəm. Əvvəlcədən İT-ə xüsusi marağım var. Düşünürəm ki, hədəfləri yarıda saxlamaq olmaz.

Bu vaxta qədər çox ölkələri gəzmişəm. Hollandiyada, Koreyada, bir də 6 ay Yaponiyada yaşamışam. Seçim etməli olsam, yəqin ki, yaşayış üçün bu 3 ölkə arasından Hollandiyanı seçərdim. Çünki ora yaşıllıqdır, yaşayış üçün əla havası, təbiəti var. Yaponiyada, Çində və Koreyada isə hava tez-tez dumanlı, çiskin olur. İnsanlarına gəldikdə isə hollandlar özləri də insan kimi çox yaxşıdırlar. Cinsi azlıqlarla bağlı deyilən problemlər isə sanki burada daha da şişirdilib. Düzdür, elələri olurdu, amma şəxsən bizim məktəbdə onlarda nadir hallarda rast gəlmək olardı. Məktəbdə homoseksual  sevgililər var idi və onlara heç kim mane olmurdu. Yəni hər kəs kimi dərsə davamiyyətləri yerində idi. Qeyd edim ki, ümumiyyətlə şagirdlərin psixoloji vəziyyətləri ilə bağlı, onlara kömək etmək üçün xüsusi məktəb psixoloqları fəaliyyət göstərirdi. Əvvəllər belə sevgililər görəndə məndə müəyyən suallar yaranırdı. Ancaq vaxt keçdikcə öyrəşdim və qəbullandım. Amma etiraf edim ki, Azərbaycanda elələrini görsəm, birmənalı qarşılamaram. Holland qızla da yəqin ki,evlənmərəm. Ümumiyyətlə orada azərbaycanlı qızlar kimi gözəl olanlar tapılmaz. Koreyada yaşayanda isə uşaq olduğumçun qızlara fikir vermirdim. ( gülür) Yapon qızları da gözəl idilər, hamısı balaca boy, standart.

Məktəblə bağlı xatirələr...

-Koreya və Hollandiyada da bizi ekskursiyalara aparırdılar. Elə ən gözəl xatirələrim də həmin anlarla bağlıdır. Koreyada tez-tez aparmırdılar, amma Hollandiyada adətən gedirdik. Mədəni, tarixi hadisələri bizə sanki yaşadaraq mənimsədilər. Hollandiyaya yaxın məsafədə yerləşən ölkələrə də gedirdik. Belə ekskursiyalardan biri Belçikada olmuşdu.Ümumiyyətlə,hansısatarixi hadisənin baş verdiyi məkana gedəndə həmin hadisəni sanki daha tez mənimsəmək, yadda saxlamaq olur.

-Maraqlıdır, oxuduğun ölkələrdə müəllimlər hansı cəza metodlarından istifadə edirdilər?

- Uşaqlar dərsi bilməyəndə və ya nadinclik edəndə müəllimlər nə Koreya, nə də Hollandiyada  üstümüzə qışqırmırdılar. Bunun əvəzinə bəzi cəza metodlarından istifadə edirdilər. Misal üçün, Koreyada belə bir metod var idi. Hansısa dərsə hazır olmadıqda, məcburi şəkildə dərsdən sonra məktəbdə qalıb dərslərimizihazırlamalıydıq. Məndə də belə hallar olub, çünki əvvəllər çətinlik çəkirdim və vaxt çatdırıb bütün mövzuları hazırlaya bilmirdim. Ona görə də dərs saatı bitdikdən sonra, dərsi tam mənimsəməyən, hazır olmayan uşaqlar əlavə 2 saat da məktəbdə qalmalı olurdu. Bu müddət ərzindəuşaqlar boşluq olan mövzunu öyrənir və evə gedirdilər.

Əlavə olaraq, Koreyada sarı və qırmızı kartlar var ki, onlarda xüsusi hallarda istifadə edilir. Məktəbdə qırmızı kart alan uşaq çox az sayda olur. Sarı kart məktəbdən müvəqqəti, adətən 2 həftəlik uzaqlaşdırma deməkdir. Qırmızı kart isə sarı kartdan sonra verilir. Yəni əgər şagird sarı kart veriləndə ona qoyulan təlimatları yerinə yetirmirsə, o, qırmızı kart alır. Bu isə məktəbdən birdəfəlik uzaqlaşdırma deməkdir.

-Valideynləriniz məktəbdə təşkil olunan valideyn iclaslarında iştirak edirlər? Ümumiyyətlə belə iclaslar barədə nə deyə bilərsiz?

-Valideynlərim ingilis dilində səlis danışıb-anlaya bilmədikləri üçün adətən belə iclaslarda iştirak etmirdilər, amma bir neçə dəfə gediblər. Çox vaxt iki həftədən bir təşkil olunurdu. Valideyn iclaslarında müəllimlər valideynlərə övladlarının zəif olduqları mövzular barədə məlumat verir, evdə nə etməli olduqları barədə təlimatlandırdılar. Şənliklərin təşkili üçün valideynləri toplamaq deyə bir şey yox idi. Ümumiyyətlə, müxtəlif bayramları, tarixi günləri məktəb özü təşkil edirdi. Orda oxuduğum müddətdə rüşvətə rast gəlməmişəm. Amma qeyd edim ki, mən özəl məktəbdə ödənişli təhsil almışam. Bəlkə də rüşvət halları ilə ictimai məktəblərdə rastlaşmaq olar, nə yalan deyim.

-Şagirdlərin tərbiyəsini necə qiymətləndirirsiz, bu işə nəzarət necə idi?

-Azərbaycanda olduğu kimi elə Hollandiya və Koreyada da şagirdlərin siqaret çəkməsi pis vərdiş hesab olunur. Biz həmişə məktəbdə siqaret çəkənlərə pis baxırdıq. Düzdür, məktəb daxilində buna icazə yox idi, amma belə uşaqlar məktəb binasına yaxın bir yerdə yığışıb çəkirdilər. Müəllimlər də həmin uşaqlarla davamlı məşğul olur, digərlərini də belə pis vərdişlərə meyllənməməyiaşılayırdılar. Uşaqlar belə pis vərdişlərə aşağı siniflərdə yox, IX, X siniflərdə meyllənirdilər.

-Sevgiliniz olub?

-Sevgilim yox, amma sevdiklərim olub. (gülür)Bir dəfə holland bir qıza aşiq olmuşdum, amma alınmadı. Dost idik, elə indi də dostuq. Bildim ki, sevgili olmağı təklif etsəm, qəbul etməyəcək və beləcə də aramızdakı dostluq münasibəti pozulacaq. Ona görəyaxınlaşmadım. Əslində, məndə elə həmişə belə olub. Azərbaycanda da sevdiyim qız var idi, təklif etməyə çəkindiyimçün dost qalmağı seçdim.

Yaşadığınız ölkələrdə də “sevgi məsələsi”nə mühafizəkar yanaşırlar?

-Yox, onlar tez-tez dəyişirlər. (gülür) Orada daha sərbəstdirlər: misal üçün yuxarı sinif şagirdləri sevgililərini valideynləri ilə tanış edirlər. Amma bizdə, təbii ki, elə şeylərə pis baxırlar.