Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-05-08 10:18:53
MİQ-ə hazırlaşan müəllimləri ən çox narahat edən suallar – Cavablar AzEdu.az-da  

AzEdu.az müəllimlərin işə qəbulu müsabiqəsinə (MİQ) hazırlaşan müəllim və müəllimliyə namizədlərin ən çox verdiyi suallar və onların cavablarını təqdim edir:

-Şəxsiyyət vəsiqəsinin dəyişilməsi ilə bağlı qeydiyyat zamanı problem yaranır, nə etməli?

- Zəhmət olmasa şəxsiyyət vəsiqəsinin hər iki üzünün  aydın görünən şəklini və yaşayış yeriniz haqda məlumatı  [email protected] elektron poçt ünvanına göndərin.

-Sınaq imtahanında topladığımız balın yayda keçiriləcək müəllimlərin işə qəbulu müsabiqəsinə hər hansı təsiri varmı?

 -Sınaq imtahanında toplanılan balın yayda keçiriləcək müəllimlərin işə qəbulu müsabiqəsinə hər hansı təsiri yoxdur. Əlavə olaraq bildirək ki,müəllimlərin işə qəbulu müsabiqəsi ilə bağlı nəzərdə tutulan sınaq imtahanına qeydiyyat prosesi davam edir. Sınaq imtahanında iştirak etmək istəyənlər mayın 11-dək miq.edu.az/sinaq linkinə daxil olaraq elektron qeydiyyatdan keçə bilərlər. Müəllimlərin işə qəbulu müsabiqəsi ilə bağlı nəzərdə tutulan sınaq imtahanı Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu tərəfindən mayın 16-da Azərbaycan Dövlət İqtisad Universitetinin II (Gənclik korpusu) tədris binasında keçiriləcək.

-Keçən il müəllimlərin işə qəbulu müsabiqəsində uğur qazandım. Bilmək istərdim ki, keçən ilki nəticə ilə bu il də müsabiqədə vakansiya seçmək şansım var?

-Müəllimlərin işə  qəbulu müsabiqəsində topladığınız ən son nəticə 2 tədris ili  ərzində qüvvədədir.

-Müəllimlərin işə qəbulu sınaq imtahanı üçün Təhsil Nazirliynin saytında qeydiyyatdan keçərkən “təhsil sənədinin kodu” adlı hissədə nə yazmalıyıq?

-Təhsil haqqında sənədinizi hələ almamısınızsa, o zaman qeyd etdiyiniz hissədə sıfır“0” yazmağınız kifayətdir.

 -Yerdəyişmədə MİQ balı əsasdır, yoxsa DQ  balı? Yoxsa hansını istəsək seçə bilərik?

-Müvafiq qaydalara əsasən, namizəd istənilən imtahan nəticəsi üzrə seçim edib müraciət edə bilər.

-MİQ - in yalnız Bakıda keçirilməsi nəzərdə tutulur?

-MİQ müsabiqəsinin Bakıda başqa digər  rayonlarda da keçirilməsi  hələ ki nəzərdə  tutulmur.

-Müəllimlərin işə qəbulu müsabiqəsinin başlama tarixi bəllidirmi?

-MİQ ilə bağlı elektron sənəd qəbulunun iyul ayından başlaması nəzərdə tutulur. Bu haqda məlumat olduqda İRM rəsmi “facebook” səhifəsində yerləşdiriləcək.

Qeyd edək ki, suallar TİPİİ İnsan Resurslar Mərkəzinin rəsmi “facebook” səhifəsinə istinadən cavablandırılıb.

Günel Yaşarqızı
Müəllifin digər yazıları