Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-05-07 15:50:00
Rafiq Əliyevdən təklif: “Qeyri-səlis məntiq nəzəriyyəsini dərsliklərə salmalıyıq”  

“Bir çox ölkələrdə  Qeyri səlis-məntiq  orta məktəblərin dərs proqramına salınıb. Biz həmin kitablardan, dərsliklərdən birini götürüb tərcümə etsək, yaxşı olar. Lakin mənim buna hazırda vaxtım yoxdu. Bu uşaqların inkişafı üçün müsbət addım olardı”.

Bunu AzEdu.az-a açıqlamasında  dünyaca məşhur alim, dahi Lütfi Zadənin elmi varisi, Qeyri-səlis məntiq nəzəriyyəsinin mütəxəssislərindən olan professor Rafiq Əliyev deyib.

O, Lütfi Zadənin əsasını qoyduğu Qeyri-səlis məntiq nəzəriyyəsinin orta məktəblərdə də tədris olunmasının vacibliyini vurğulayaraq, vacib təkliflə çıxış edib: 

“Qeyri-səlis məntiq  və onun genişləndirilmiş formaları dünya universitetlərinin demək olar ki,  hamısında dərs proqramına salınıb.

Çin, Yaponiya,Koreyada  isə orta məktəb dərsliklərinə daxil edilib.İnternetdə axtarış verən zaman görərik ki,bu ölkələrdə həmin kitablar Qeyri-səlis məntiq dərsliyi adı altında çıxır.

Əvvəllər məktəblərdə tədris olunan  İnformatika dərsliyini mən yazmışdım: həm rus, həm Azərbaycan dilində...Kitabın uyğun bəhsində  bir tərəfdə Aristotelin, digər  tərəfdə isə Lütfi Zadənin şəkli əks olunub. Burada Qeyri-səlis məntiqdən   az da olsa danışmışıq.

Orta məktəb şagirdləri ilə görüşlərim olan zaman  onların Lütfi Zadəni tanıdığını və Qeyri-səlis məntiq haqqında informasiyalarının olduğunu görürürəm.Lakin dərinə getdikdə tam şəkildə bilmirlər.Buna görə də, onu kütləviləşdirmək lazımdı.

Təklif edirəm ki, İngilis dilində yazılan, məktəblilər üçün olan Qeyri-səlis məntiq kitabını tərcümə edilsin və orta məktəb dərsliyinə salınsın. Heç olmasa, İnformatikanın tərkibinə tədris olunsun”.

Şüküfə Süleymanlı