Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-05-07 12:04:00
Dövlət bağçaları və orta məktəblərinə lisenziya verilməsinə görə rüsum ləğv olunur  

Dövlət məktəbəqədər təhsil müəssisələri və ümumi təhsil müəssisələrinə lisenziya verilməsinə görə dövlət rüsumu alınmayacaq.

AzEdu.az-ın məlumatına görə, bununla bağlı “Dövlət rüsumu haqqında” qanuna təklif edilən dəyişikliklər bu gün Milli Məclisin  İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında müzakirəyə çıxarılıb.
  
Hazırda qüvvədə olan qanun layihəsinə görə, məktəbəqədər təhsil müəssisələri lisenziya verilməsinə görə 1250 manat, ümumi təhsil müəssisələri (liseylər və gimnaziyalar daxil olmaqla) isə 10000 manat dövlət rüsumu ödəməlidirlər. 

Qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə edilib.