Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-05-07 11:48:00
Ali məktəblərə qəbulolunma faizi ən yüksək və ən aşağı olan rayonlar – Təəccübləndirici siyahı

Dövlət İmtahan Mərkəzinin 2017-2018-ci il üzrə nəşr etdiyi “Abituriyent” jurnalının 12-ci nömrəsində tələbə qəbulu və buraxılış imtahanlarının elmi-statistik təhlili yer alıb.

Jurnalda eyni zamanda ali məktəblərə qəbul zamanı ən yaxşı və ən aşağı nəticə göstərən bölgələr də dərc olunub.

AzEdu.az adıçəkilən jurnala istinadən 2017-ci ildə ali təhsil müəssisələrinə qəbulolma faizinə görə ən yüksək və ən aşağı nəticə göstərən bölgələri təqdim edir:

Ən yüksək nəticə:

Qubadlı rayonu üzrə 571 şagirddən 313 nəfər;

Sumqayıt şəhəri üzrə 3197 şagirddən 1704 nəfər;

Naxçıvan şəhəri üzrə 1046 şagirddən 552 nəfər;

Kəngərli rayonu üzrə 200 şagirddən 103 nəfər;

Ordubad rayonu üzrə 285 şagirddən 145 nəfər;

Xocavənd rayonu üzrə 112 şagirddən 56 nəfər;

Bakı şəhəri üzrə 26.489 şagirddən 13.154 nəfər;

Cəbrayıl rayonu  üzrə 694 şagirddən  343 nəfər;

Zəngilan rayonu üzrə 490 şagirddən 241 nəfər;

Nefçala rayonu üzrə 501 şagirddən 245 nəfər ali təhsil müəssisələrinə daxil olub.

Ən aşağı nəticə:

Şabran rayonu üzrə 423 şagiddən 152 nəfər;

Beyləqan rayonu üzrə 716 şagirddən 257 nəfər;

Yardımlı rayonu üzrə 443 şagirddən 159 nəfər;

Goranboy rayonu üzrə 773 şagirddən 276 nəfər;

Astara rayonu üzrə 698 şagirddən 238 nəfər;

Quba rayonu üzrə 1245 şagirddən 422 nəfər;

Qusar rayonu üzrə 649 şagirddən 218 nəfər;

Xaçmaz rayonu üzrə 1.226 şagirddən 396 nəfər;

Lerik rayonu üzrə 418 şagirddən  132 nəfər;

Ağsu rayonu üzrə 443 şagirddən 139 nəfər ali təhsil müəssisələrinə qəbul oluna bilib.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları