Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-05-06 16:55:32
Daha bir gəncimiz Sabancı Universitetinin 75%-lik bursunu qazandı-FOTO  

17 yaşlı azərbaycanlı Cahid Əhmədi Türkiyənin Sabancı Universitetinə 75%-li endirim alaraq qəbul olunub.  

Cahid Əhmədinin AzEdu.az-a verdiyi məlumata görə, Sabancı Universitetində  “kompüter sahəsi” ixtisası üzrə təhsil alacaq.  O  bildirib ki,  xarici dil imtahanlarına iki il hazırlaşıb:

“Hazırda Yasamal rayon 53 nömrəli  tam orta məktəbdə oxuyuram. Xarici dil imtahanlarına  iki ildir hazırlaşıram. Onu da qeyd edim ki, IELTS imtahanını verərək 7.5 bal toplamışam. Daha sonra  “Celt” xarici dil kursunda hazırlaşaraq SAT 1 imtahanından  1560, SAT 2 “Subject math level” 2-dən 800 bal toplamışam. Əlavə olaraq bildirim ki,  2017-ci ildə Amerikada Genius layihə olimpiadasında iştirak edib, mühəndislik kateqoriyasında üzrə  gümüş medal qazanmışam”.

Xatırladaq ki, bir müddət sosial şəbəkələrdə 17 yaşlı Yasin Uğurun Sabancı Universitetindən 56000 dollarlıq təqaüd alacağı  xəbəri yayılmışdı. Lakin Yasinin nailiyyəti mediada yanlış rakursda təqdim edildi. Yasinin 56 min dollarlıq bursu qazanması, onun bu məbləğdə təqaüd alması ilə qarışdırılıb.

Günel Yaşarqızı
Müəllifin digər yazıları