Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-05-06 14:00:00
Türkiyə universitetləri əcnəbi tələbələrlə bağlı limiti aradan qaldırdı - Təhsil haqqı azalacaq və ....  

“Türkiyənin özəl və dövlət universitetlərində əcnəbi tələbələr üçün olan qəbul limiti aradan qaldırıldı”

Bu sözləri AzEdu.az-a xaricdə təhsil üzrə mütəxəssis Həsən Əliyev  bildirib. Onun sözlərinə görə, əvvəllər Türkiyənin özəl və dövlət universitetləri  50%-ə qədər əcnəbi tələbələri qəbul edə bilərdi:

“Türkiyənin özəl və dövlət universitetləri 50%-dən artıq əcnəbi tələbələri qəbul edə bilər.Yəni Türkiyə universitetlərinə artıq yerli tələbələrdən daha çox əcnəbilər daxil ola bilər. Bu proses Türkiyədə təhsil almaq istəyənlər üçün çox sevindirici haldır. Çünki, əcnəbi tələbələr üçün qəbul şərtləri asanlaşacaq. Həmçinin, Türkiyə universitetlərindəki illik təhsil haqqı da aşağı düşəcək”.

Həsən Əliyev bildirib ki, bu qərar Türkiyə universitetlərinə nəzarət edən  “Yüksek Öğretim Kurum” (Yök) tərəfindən verilib:

“Türkiyə  2023  dövlət  layihəsinə görə əcnəbi tələbələrinin sayını hazırkı vəziyyətdən  10 dəfə artırmaqdır. Təbii ki, bu da tələbələr arasında rəqabətə səbəb olacaq.Qərara görə universitetlər yeni sinif açıb əcnəbi tələbələri qəbul edə bilər. Amma tibb sahəsi üzrə bəzi proqramlarda istisnalar mövcuddur”. 

Günel Yaşarqızı
Müəllifin digər yazıları