Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-05-06 10:50:00
Magistraturaya qəbul imtahanının proqram seçimi sabah başa çatır

Dövlət İmtahan Mərkəzi ali təhsil müəssisələri və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına qəbul imtahanının ikinci mərhələsində iştirak etmək üçün proqram seçimi sabah başa çatacaq.

DİM-dən AzEdu.az-a verilən məlumata görə, bu dəqiqələrə əsasən, ümumilikdə 6507 nəfər ərizəsini təsdiqləyib.

Bu say Azərbaycan bölməsi üzrə 5961, rus bölməsi üzrə isə 546 nəfər qeydiyyatdan keçib.

Qeyd edək ki, II mərhələ üzrə imtahanlar mayın 26-da təşkil olunacaq.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları