XƏBƏRLƏR

06.05.2019 09:45
Dərs zamanı bütün şagirdlərin formativ qiymətləndirilməsi məcburidirmi?-Müəllim narahatlığı

 

Artıq uzun müddətdir ki, yeni qiymətləndirmə qaydaları tətbiq olunur.  Amma müəllim, şagird və valideyn üçlüyü üçün hələ də  summativ qiymətləndirmə ilə bağlı bəzi qaranlıq məqamlar qalmaqdadır.

Sual:

-Bütün şagirdlərin formativ qiymətləndirilməsi məcburidirmi? Axı, 45 dəqiqə ərzində bütün şagirdlərin formativ qiymətləndirilməsini aparmaq, üstəlik nəticələri sözlə həm “məktəbli kitabçası” na, həm də müəllimin formativ qiymətləndirmə dəftərinə qeyd etmək mümkünsüzdür?

Cavab:

-Formativ qiymətləndirmə şagird nailiyyətlərinin monitorinqi vasitəsilə tədrisi düzgün qiymətləndirilməsinə xidmət edir.  Amma bir dərs müddətində digər fəaliyyətlərin də olduğunu nəzərə alsaq, təbii ki, bütün bunlar mümkünsüzdür. Buna görə də bütün şagirdlərin formativ qiymətləndirilməsi aparılsa da, müvafiq planlaşdırmaya əsasən, hər  dərs üzrə 5-8 şagirdin formativ qiymətləndirilmə nəticəsinin “məktəbli kitabçası” və müəllimin formativ qiymətləndirmə dəftərində qeyd edilməsi tövsiyə olunur.

Qeyd edək ki, yeni qiymətləndirmə qaydalarına əsasən, I siniflərdə summativ qiymətləndirmə nəzərdə  tutulmur. II-IV siniflərdə isə kiçik summativlər nəzərdə tutulsa da, böyük summativ qiymətləndirmə aparılmır.

Böyük summativ qiymətləndirmə yalnız V-XI siniflərdə keçirilir. BSQ-lər V-IX siniflərdə ümumi orta təhsil pilləsi üzrə buraxılış imtahanında nəzərdə tutulmuş fənlərdən, X-XI siniflərdə isə tam orta təhsil pilləsi üzrə buraxılış imtahanında nəzərdə tutulan fənlərdəndir.

 

 

Lamiyə Süleymanlı Müəllifin digər yazıları

İlin gənc müəllimi-Müraciət formu