Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-05-05 16:53:00
Avropa ölkələrində təhsil alan azərbaycanlı tələbələri bir araya gətirəcək forum keçiriləcək

Mayın 18-də Romada Azərbaycan İtaliya Gənclər Assosiasiyasının (AİGA) təşkilatçılığı və Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə azərbaycanlı tələbələri bir araya gətirəcək forum keçiriləcək.

AzEdu.az xəbər verir ki, Azərbaycanın İtaliyadakı səfirliyi, Diasporla İş üzrə Dövlət Komitəsi və digər dövlət qurumlarının nümayəndələrinin qatılacağı tədbirin əsas məqsədi xaricdə təhsil alan azərbaycanlı gənclərin təhsillərini bitirdikdən sonra Azərbaycanda dövlət orqanlarında təmsil olunmaları və mövcud iş imkanları haqqında onlara məlumat verməkdir.

(Azərtac)