Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-05-03 15:59:00
“Akif Əlizadə haqlıdır, Qacarı bu qədər alçaltmaq olmaz” - Səməd Vurğuna növbəti etiraz  

Azərbaycan Milli Elmlər Akademiyasının illik yığıncağında  AMEA prezidenti, akademik Akif Əlizadə  Səməd Vurğunun "Vaqif" dramında Ağa Məhəmməd Şah Qacara  qarşı yanaşmanın  düzgün olmadığını qeyd edib.

Bu məsələədəbiyyatşünaslar və tarixçilər tərəfindən birmənalı qarşılanmayıb.

AzEdu.az mövzu ilə bağlı tarixçi alim Kərəm Hətəmoğlunun fikirlərini öyrənib:

“Əsərin yazıldığı dövrə nəzər salaq: 1937-ci ildə yazılıb.Bu elə bir zaman idi ki, “türk” kəlməsinə görə insanın başına min oyun açırdılar. Bu səbəbdən, Səməd Vurğun Qacarı Azərbaycan hökmdarı olaraq təqdim edib.

Bir neçə məqamda Akif müəllim haqlıdı; Qacarı bu dərəcədə alçaltmaq  düzgün deyil.İnsanın fiziki qüsurunu onun başına qaxmaq yanlışdı.Həmin qüsuru necə qazanıb o da, bəlli deyil.Bir versiyaya görə mühasirədən çıxarkən atılan güllə nəticəsində baş verib, digər versiyaya görə isə Kərim xan Zənd tərəfindən  fiziki məhrumiyyətə uğradılıb.

Lakin biz Səməd Vurğuna hansı bucaqdan baxsaq da, o öz dahiliyini itirməyəcək.

Səməd Vurğunun bir çox əsərləri Sovet dövründə olduğu kimi indi də kölgədə qalır.Onun “Aslan Qayası” əsəri  çox təəssüf ki, ədəbiyyatçılarımız tərəfindən hazır edilə bilinməyib. Həmin əsəri oxuyanlar Səməd Vurğunun necə dahi şəxsiyyət olduğunun fərqinəvarırlar. Ədəbiyyatçılardan xahiş edirəm ki, bu əsəri araşdırsınlar.Hətta onu orta məktəb dərsliklərinə salsınlar.Əsərin mövzusu rus müstəmləkəsinin çatışmazlıqlarını ortaya çıxarmaqdan ibarətdir”.

Şükufə Süleymanlı