Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-05-03 13:16:00
“Özünə hörmət qoyan  universitet bu tələbələri qəbul etməz” – Xaricdə təhsil problemi  

“Özünə  hörmət qoyan  heç bir xarici universitet IETLS və ya TOEFL sertifikatı olmadan əcnəbi  tələbələri qəbul etməz”.

Bu sözləri AzEdu.az-a “A-Level” Tədris Mərkəzinin  rəhbəri, xaricdə təhsil üzrə mütəxəssis Ayan Əliyeva deyib. Onun sözlərinə görə, xarici universitetlərə dil biliyi olmayan tələbələrin qəbul olması düzgün deyil:

“Normal xarici universitetlərdə təhsil almaq istəyənlər IELTS və ya TOEFL imtahanından uğurla keçməlidirlər. Ümumiyyətlə, özünə  hörmət edən  heç bir xarici universitet IETLS və ya TOEFL sertifikatı olmadan  tələbəni qəbul etməz.  Çünki tələbə təhsil alacağı  dili normal səviyyədəbilmirsə,deməli, o dildə olan dərslikləri mənimsəməsi dəmümkün deyil. Ümumiyyətlə, tələbələr xarici universitetlərdə təhsil almağı hədəfləyirsə,  dil sertifikatı olmadan  qəbul olmaqları düzgün deyil.

Türkiyədə 5-10 il ərzində açılan universitetlər var ki, onlar tələbələri qəbul etmələri  üçün hər bir şeyə söz verə bilərlər. Bəzi  xarici universitetlər  də var ki, tələbələrin tədris alacağı dilə uyğun imtahan keçirirlər.  Həmin imtahanlarda TOEFL, IELTS-ə bərabərdir.  Xarici universitetlər  fənn imtahanı  olmadan da əcnəbi tələbələri birbaşa qəbul edir. Ümumiyyətlə, xarici universitetlərdil biliyi olmayan tələbələri  hazırlıq ilinə qəbul edə bilər.

Xaricdə təhsil mərkəzləri dil sertifikatı olmadan birbaşa bakalavr dərəcəsinə tələbələrin qəbulu  olmasını bildirirlərsə onlar böyük səhv edirlər. Çünki bu cür proses ola bilməz.  Ümumiyyətlə, keyfiyyətli universitetlər tələbələrdən dil biliyi sertifikatını tələb etməlidirlər”.

Gəncliyin Elmi-Mədəni İnkişaf Təşkilatının sədri, xaricdə təhsil üzrə ekspert Sərdar Yusifoğlu bildirib ki,tələbələr tədris alacağı dili müəyyən səviyyədə bilirsə,  beynəlxalq dil sertifikatı olmadan da xarici universitetdə təhsil almaqları doğrudur:

“Bəzi  xarici universitetlər əcnəbi tələbələrin qəbulu prosesində IELTS, TOEFL, və ya SAT imtahan sertifikatını tələb edirlər. Ümumiyyətlə,yüksək reytinqli Avropa universitetlərinin qəbul prosesində beynəlxalq dil sertifikatına tələbat çoxdur.Onu da bildirim ki, bəzi tələbələr  var ki, ingilis dilini yaxşı bildiyi halda IELTS imtahanından 5.5 bal toplayır. Amma bəzi  tələbələr danışıq və eşitmə mövzusunda  zəif olsalar belə IELTS imtahanından 6.5 bal toplayır. Elə buna görə də, bəzi xarici universitetlər əcnəbi tələbələri onlayn olaraq qəbul edirlər. Ümumiyyətlə, tələbələr tədris alacağı dili müəyyən səviyyədə bilirsə beynəlxalq dil sertifikatı olmadan da xarici universitetdə təhsil almaqları doğrudur. Onu da qeyd edim ki, gənclərin biliyi sertifikatlarla məhdudlaşmalı deyil. Həmçinin, xarici universitetə qəbul zamanı gənclərin özünüifadə etməsindən də çox şey aslıdır”.

Günel Yaşarqızı
Müəllifin digər yazıları