Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-05-02 13:53:24
Yaponiyada oxumaq istəyənlərin ən çox verdiyi suallara cavablar – Xaricdə təhsil bələdçisi  

Dünyanın ən qabaqcıl texnologiya, elm ölkələrindən biri də  Yaponiyadır.

Son zamanlar Yaponiyada təhsil almaq istəyənlərin sayı artmaqdadır.

Xatırladaq ki, Yaponiyada 2019-2020-ci tədris ili üzrə magistratura, doktorantura və ya tədqiqat səviyyələri üzrə təqaüd proqramı elan olunub.

AzEdu.az bu dəfə Yaponiyada təqaüd proqramı ilə təhsil almaq istəyənlərin ən çox verdiyi suallara cavabları təqdim edir:

-Seçim zamanı nəticəyə ən çox təsir edən məqamlar hansılardır?

-Öncədən qeyd edək ki, hər bir detalın təsiri var. Lakin, əsas təsir edən məqam isə tədqiqat planı, yazılı imtahanın nəticəsi, müsahibə mərhələsidir.

-Hazırda IV kurs tələbəsiyəm. Bu il seçimlərdə iştirak edə bilərəm?

-Bəli, həmin il məzun olacağınız şərti ilə müraciət edə bilərsiniz. Seçimlərdə müvəffəq olduqdan sonra məzun ola bilməyəcəyiniz təqdirdə proqramda iştirakınız ləğv olunacaq.

-Keçənilki seçimlərdə iştirak etmişəm.Keçənilki göstəricilər hazırki seçimlərə təsir edəcəkmi?

-Xeyr, əvvəlki illərin nəticələri yeni seçimlərə təsir etmir. Yalnız cari ildəki göstəricilərinizə görə qiymətləndirilirsiniz.

-Yapon dilini bilənlərə xüsusilə üstünlük verildiyini eşitmişəm. Bu elədirmi?

-Xeyr, seçimlər zamanı yapon və ya ingilisdilli müraciətçi olduğunuza görə üstünlük verilməsi halları olmur. Seçimlərdə hər iki dil üzrə imtahan verəcək şəxslər bir-birinə rəqib olub, bərabər şərtlər altında qiymətləndirilir.

-Seçim prosesində münsiflər heyətində olacaq şəxslərlə müraciətçilərin tanış olması, şəxsi münasibətlərin olması seçimlərə təsir edə bilərmi?

-Xeyr, seçim prosesində şəxsi tanışlığın olub-olmaması heç bir rol oynamır. Münsiflər heyəti yalnız  akademik göstəriciləriniz, bacarığınıza görə qiymətləndirmə aparacaq. Ümumi nəticələrinizə (sənədlər toplusu, imtahanvə müsahibə nəticələri) əsasən qiymətləndirilmə olacağı üçün, şəxsi münasibətlər rol oynamayacaq.

Qeyd:Yüksək rütbəli şəxslərin əlaqələrindən istifadə etməklə seçimlərə müdaxilə etmək qəti şəkildə qadağandır.

-Hazırda başqa ölkədə yaşayan Azərbaycan vətəndaşıyam. Proqrama müraciət edə bilərəmmi?

-Bəli, proqrama müraciət edə bilərsiniz. Lakin, Azərbaycandakı Yaponiya səfirliyinin keçirəcəyi yazılı imtahan və müsahibə mərhələsində mütləq şəkildə öz iştirakınız vacibdir.

-Xarici vətəndaşlar proqrama müraciət edə bilməzlərmi?

-Xeyr, digər ölkələrin vətəndaşları Azərbaycandakı Yaponiya səfirliyi vasitəsilə müraciət edə bilməzlər. Həmin şəxslərin vətəndaşı olduqları ölkəyə qayıtmaqları xahiş olunur. Həmçinin, həmin ölkədəki Yaponiya səfirliyi konsulluğuna müraciət etməlidirlər.

-Seçim mərhələsindən uğurla keçəndən sonra dərhal Yaponiya vizası almaq olarmı?

-Seçim mərhələsi uğurla başa çatdıqdan sonra həmin an Yaponiya vizası verilmir. Viza Yaponiya səfərinizin baş tutacağı vaxta yaxın tarixdə verilir. Nəzərinizə çatdırmaq istərdik ki, bu vizanı proqramda nəzərdə tutulmuş fəaliyyətlərdən kənar məqsədlər üçün istifadə etmək olmaz.

 -Müraciət sənədlərini geri götürə bilərəmmi?

-Xeyr, səfirliyə təqdim olunan sənədlər geri qaytarılmır. Yalnız bir nüsxədə olan orijinal sənədlərinizi (“Diplom”, “Diploma əlavə” və ya digər sənədləri) verməməyiniz xahiş olunur. Həmin orijinal sənədin surətinin rəsmi təsdiq olunmuş versiyasını təqdim edə bilərsiniz.

-Təqaüd proqramı ilə təhsil almaq üçün neçə nəfər seçiləcək?

-Builki proqram üzrə neçə nəfər seçiləcəyi haqqında məlumat hələ ki yoxdur.

-Keçən il bu proqram üzrə neçə nəfər keçib?

-Keçən il bu proqram üzrə 3 nəfər Yaponiyaya gedib

-Yaponiyaya getdikdən sonra təqaüd elə ilk gündən veriləcək?

-Xeyr, təqaüdün verilməsinə təxminən 1 aya yaxın zaman lazım olur. Yaponiyaya getdikdən sonra sənədləşmə işləri və bank hesabınızın açılmasından sonra təqaüd hesabınıza otuzdurulacaq. İlk ay üçün özünüzlə kifayət qədər (2000 ABŞ dolları) pul götürməyiniz məsləhətdir.

-Təqaüd proqram  ilə təhsil aldığım müddətdə  eyni zamanda işləyə bilərəmmi?

-Yaponiyaya tələbə vizası statusunda gedəcəyiniz üçün əsas fəaliyyətiniz təhsil olacaq. İlk növbədə daha çox dərslər və təhsilinizə vaxt ayırmağınız lazımdır. Lakin, İmmiqrasiya idarəsindən “Yaşama Statusu üzrə İcazə Verilən Fəaliyyətlərdən başqa Fəaliyyətlə Məşğul olmaq üçün İcazə” sənədini alaraq məhdud saatlarda çalışmağınız mümkündür.

Qeyd edək ki, suallar Təhsil Nazirliyinin məlumatına istinadən cavablandırılıb.

Günel Yaşarqızı
Müəllifin digər yazıları