Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-05-02 12:10:00
“İmtahanda ən aşağı göstəricisi Riyaziyyat fənni üzrə olacaq” - Səbəb  

“Abituriyentlərin buraxılış imtahanında ən aşağı göstəricisi Riyaziyyat fənni üzrə olacaq. Çünki çoxsaylı  şagird yazı tipli sualların cavablandırılmasından imtina edib”

Bu sözləri AzEdu.az-a açıqlaması zamanı təhsil üzrə mütəxəssis Elçin Əfəndi deyib. Onun sözlərinə görə, cari və əvvəlki illərin məzunlarının buraxılış imtahanları, ali məktəblərə qəbul imtahanının I mərhələsi, V qrup imtahanı və 11 illik bazadan kolleclərə qəbul imtahanları geridə qalıb:

“Dövlət İmtahan Mərkəzinin yeni qəbul qaydaları çərçivəsində baş tutan bu imtahanlarda abituriyentlər ötən illərlə müqayisədə bir qədər çətinliklərastlaşıblar. Yeniliklərlə dolu ilk imtahan müəyyən dərəcədə həm narahatlıq, həm də narazılıq yaratdı. Amma buna baxmayaraq, ümumilikdə nəticələrin elə də pis olmayacağına ümidliyəm. Abituriyentlərin buraxılış imtahanında ən aşağı göstəricisi Riyaziyyat fənni üzrə olacaq. Çünki çoxsaylı  şagird yazı tipli sualların cavablandırılmasından imtina edib”.

Mütəxəssis qeyd edib ki, Xarici dildən dinləmə mətninə aid suallar Riyaziyyatla müqayisədə daha yaxşı cavablandırılıb:

“İmtahanda ən yaxşı cavablandırılan fənlərin ardıcıllığı belədir: Azərbaycan dili, Xarici dil və Riyaziyyat. Yeri gəlmişkən, bütün fikirlərim aparılan araşdırmaların nəticəsinə əsasən deyilir. Buraxılış imtahanlarının cavabları DİM tərəfindən yay qəbul imtahanları başlayanadək elan olunacaq. Bu da iyun ayının ilk yarısına təsadüf edəcək”.

Qeyd edək ki, martın 31-də keçirilən imtahanların nəticələri mayın 3-də elan ediləcək. 7,14,21 və 28 apreldə olan imtahanların cavabları isə yay qəbul imtahanlarına qədər elan olunması nəzərdə tutulur.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları