Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-05-01 13:24:00
Yaponiyada təhsil təqaüd proqramı  

Yaponiyada 2019-2020-ci tədris ili üzrə magistratura, doktorantura və ya tədqiqat səviyyələri üzrə təqaüd proqramı elan olunub.

AzEdu.az xəbər verir ki, təqaüd proqramına sənəd qəbulu 2019-cu il iyunun 10-dək həyata keçiriləcək. Namizədlər arasında ingilis və yapon dillərini bilənlərə üstünlük veriləcək.

Təqaüd proqramına müraciət etmək istəyən iddiaçılar sənədlərini qeyd olunan tarixə kimi Yaponiyanın Azərbaycandakı səfirliyinə təqdim etməlidirlər.

Təqaüd proqramı barədə daha ətraflı elan vasitəsilə tanış olmaq mümkündür.

Günel Yaşarqızı
Müəllifin digər yazıları