XƏBƏRLƏR

30.04.2019 18:09
Əbədi tələbələrin mübarizlik dərsi - "Bir sal yADıNA" - VİDEO

Aprelin 30-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU – əvvəlki adı Azərbaycan Dövlət Neft Akademiyası-red)  30 aprel terror qurbanlarının xatirəsinə həsr olunmuş anım tədbiri keçirilib.

AzEdu.az  xəbər verir ki,ADNSU-da törədilmiş terror hadisəsi qurbanlarının xatirəsini yad etmək üçün təhsil naziri Ceyhun Bayramov adı çəkilən ali məktəbdə olub.

Nazir terror qurbanlarının xatirəsinə qoyulmuş barelyefin önünə gül dəstəsi qoyduqdan sonra həlak olanların ailələrinə və yaxınlarına başsağlığı verib. 10 il əvvəl baş verən terror aktını pisləyərək terrorizmə qarşı mübarizənin gücləndirilməsinin əhəmiyyətindən danışıb.

Tədbirdə çıxış edən ADNSU-nun rektoru, professor Mustafa Babanlı 30 aprel 2009-cu ildə baş verən dəhşətli terror hadisənin hər kəsin qəlbində dərin iz buraxdığını bildirib.

Rektor həlak olanların xatirəsinin yalnız 30 aprel tarixində yox, ilboyu anılacağını, daim əziz tutulacağını qeyd edib.

Sonra 30 aprel hadisəsindən bəhs edən və universitetin özünün istehsalı olan “Bir sal yADıNA” sənədli filmi nümayiş olunub.

Filmə baxışdan sonra rektor M.Babanlı belə bir terror hadisənin bir daha baş verməyəcəyinə inandığını qeyd edib.

Rektor terror qurbanlarının ailələrinə tədbirdə iştiraklarına görə təşəkkürünü bildirib:

 

İlin gənc müəllimi-Müraciət formu