Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-04-30 11:41:25
Buraxılış imtahanlarının nəticələri açıqlandı -RƏSMİ

17 martda IX siniflər üçün keçirilən buraxılış imtahanlarının birinici mərhələsinin nəticələri açıqlanıb.

DİM-dən AzEdu.az-a verilən məlumata görə, imtahanda iştirak edən şagirdlər (32966 nəfər) DİM-in internet saytında https://www.e-gov.az/az/services/read/2641/0??tqdk_xdm=19 keçidinə daxil olaraq iş nömrəsi və şəxsiyyəti təsdiq edən sənədin nömrəsindən (və ya FİN kodundan) istifadə etməklə öz imtahan nəticələri, cavab vərəqinin ön və arxa üzünün qrafik təsviri, qapalı tipli tapşırıqların doğru cavabları, həmçinin hər bir açıq tipli tapşırıq üzrə qiymətləndirmə meyarları (tapşırığın ehtimal olunan doğru cavabları, həlli və qiymətləndirmə şkalası) ilə tanış ola bilərlər. Markerlər hər bir tapşırıq üzrə yazı işlərini məhz həmin tapşırığın xüsusiyyətləri nəzərə alınmaqla hazırlanan meyarlar əsasında qiymətləndirirlər.

Qeyd edək ki, martın 3-də keçirilən imtahanın nəticələri aprelin 18-də DİM-in saytında yerləşdirilib. Çox təəssüf ki, imtahan nəticələri, cavab vərəqləri və qiymətləndirmə meyarlarına baxanların sayı azdır. 13 gün ərzində imtahanda iştirak edən 37434 nəfərdən 27063 nəfəri öz nəticələrinə (topladığı bala) baxıb. Cavab vərəqlərinə (verilən suallara hansı cavabı yazdığına) isə cəmi 10863 nəfər baxıb. Martın 10-da keçirilmiş imtahanın nəticələri isə aprelin 23-də DİM-in saytında yerləşdirilib. 8 gün ərzində imtahanda iştirak etmiş 39011 nəfərdən 26220 nəfəri öz nəticələrinə (topladığı bala) baxıb. Cavab vərəqlərinə (verilən suallara hansı cavabı yazdığına) isə cəmi 7112 nəfər baxıb. Abituriyentlərin, onların valideynlərinin, həmçinin müəllimlərinin nəzərinə çatdırırıq ki, imtahan nəticələrinə, cavab vərəqlərinə, qiymətləndirmə meyarlarına (tapşırığın ehtimal olunan doğru cavabları, həlli və qiymətləndirmə şkalası) şagirdə məxsus səhifədə baxmaq mümkündür. Şagirdlərin nəticələrinin təhlili gələcəkdə onlara müvafiq fənlər üzrə öz bilik və bacarıqlarını daha da inkişaf etdirməyə kömək ola bilər.

Şagirdlər imtahan nəticələri haqqında məlumatı (hər fənn üzrə ümumi balı), həmçinin mobil operatorlar (Azercell, Bakcell, Nar) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.

Məlumat üçün bildirək ki, 31 mart tarixində keçirilən imtahanların nəticələri də yaxın günlərdə elan olunacaq.