Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-04-30 10:43:00
DİM imtahanları rəqəmlərin dili ilə - sayı 6 milyonu keçən yoxlama işləri...  

3, 10 və 17 martda cari ilin məzunları, martın 31-də isə ümumi (9 illik) orta təhsil bazasında kolleclərə qəbul olmaq istəyən əvvəlki illərin məzunları, əvvəlki illərdə təhsil sənədi ala bilməyən və eksternat qaydasında imtahan verən məzunlar üçün imtahanlar keçirilib.

4 istiqamət üzrə keçirilən imtahanlarda ümumilikdə 115 mindən artıq şagird iştirak edib.

Bu barədə Dövlət İmtahan Mərkəzindən AzEdu.az-a bildiriblər.

Məlumatda deyilir ki, bu imtahanlarda şagirdlərə tədris dili, riyaziyyat və xarici dil fənləri üzrə onların bilik və bacarıqlarını yoxlamaq məqsədi ilə qapalı və açıq tipli 45 tapşırıq təqdim edilib. 

Suallardan 26-sı açıq tipli, yəni yazılı cavab vermək tələb olunan tapşırıqlardır. İmtahanın birinci mərhələsində şagirdlər hər fənn üzrə maksimal 30, ikinci mərhələdə isə 70 bal toplaya bilərlər. İkinci mərhələdə yalnız qapalı tipli tapşırıqlardan istifadə olunur. Beləliklə, hər iki mərhələ üzrə 135 tapşırıqdan 109-u ənənəvi qapalı formada olan tapşırıqlardır və şagirdlər yalnız bu qapalı tapşırıqların bir hissəsinə cavab verməklə də müsabiqə şərtlərini ödəyərək orta ixtisas təhsili müəssisələrinə qəbul ola bilərlər.

4 zona üzrə keçirilən (3, 10, 17 və 31 mart) imtahanlardaümumi yazı işlərinin sayını təqdim edirik:

Fənn

Ümumiyazı

işisayı

Azərbaycandili

1094670

Riyaziyyat

1179390

Rusdili (təlimdilikimi)

80590

İngilisdili

583470

Alman dili

8232

Fransızdili

13962

Rusdili (xaricidilkimi)

101010

Ərəbdili

336

Gürcüdili (təlimdilikimi)

880

Fars dili

6

Ümumi

3062546

Ümumi yazı işlərinin sayı 3062546 olsa da, hər bir yazı işinin 2 marker tərəfindən qiymətləndirildiyini nəzərə alsaq (markerlərin qiymətləri arasında fərq yarandıqda həmin yazı işi proqram tərəfindən 3-cü markerə göndərilir) ən azı 6125092 yoxlama işi həyata keçirilir.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları