Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-04-29 12:00:00
"Nəzarətçi-müəllimlərin 12 faizinin adı "qara siyahı"ya salınıb" - Məleykə Abbaszadə

"İmtahanlara ciddi şəkildə nəzarət olunur. Bu il 12% nəzarətçi "qara siyahı"ya salınıb. Onlara əməkhaqqı verilməyəcək və bir daha imtahanlarda nəzarətçi qismində iştirak edə bilməyəcəklər"

Azedu.az xəbər verir ki, bu sözləri Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında deyib.

DİM sədri imtahanlarda nəzarətçilərin də nəzarətdə saxlanıldığını vurğulayıb:

"Nəzarətçilərin əksəriyyəti orta məktəb müəllimləridir. İmtahanlara ciddi şəkildə nəzarət olunur. Onlar demək olar ki, hər il cəzalandırılırlar.

Köçürmə halları 100 bala qədər nəticə göstərən abituriyentlər arasında daha çox rast gəlinir. Onların nəticəsi ləğv olunmur. Nəticə o zaman ləğv olunur ki, şəxsin nəticəsi müsabiqəyə buraxılmağı üçün yetərli olsun. Aşağı bal toplayıb müsabiqəyə buraxılmayan və köçürən şagirdlərin nəticələrinin ləğv olunmasına ehtiyac yoxdur. Lakin  bu il belə qayda pozuntularına görə 12% nəzarətçi "qara siyahı"ya salınıb. Onlara əməkhaqqı verilməyəcək və bir daha imtahanlarda iştirak edə bilməyəcəklər".

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları