2019-04-29 11:50:00
DİM sədrindən bəzi müəllimlərə irad: “Onlar xidmətlərini satan şəxslərdir”
"Sosial şəbəkələrdə buraxılış imtanları ilə bağlı müxtəlif müzakirələrə rast gəldim. Bildiyiniz kimi buraxılış imtahanlarında sual kitabçası şagirdlərə verilmir. Ekspertlərə sual verirəm: Hansı beynəlxalq standartlarla təşkil olunan imtahanlarda suallar namizədə verilir?"
Azedu.az xəbər verir ki, bu sözləri Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə jurnalistlərə açıqlaması zamanı deyib.
O, sosial şəbəkələrdə buraxılış imtahanlarında sual kitabçalarının verilməməsiylə bağlı aparılan müzakirələrə münasibət bildirib:
"Sosial şəbəkələrdə bu mövzuyla bağlı müxtəlif müzakirələr gedir. Ekspertlərə sual verirəm: Hansı beynəlxalq standartlar əsasında keçirilən imtahanlarda suallar namizədə verilir?
Üstəlik, sosial şəbəkələrdə bəzi müəllimlər imtahan suallarının paylaşılmasında fəal iştirak edirlər. Mən onları müəllim adlandıra bilmərəm, onlar xidmətlərini satan və bu işi biznesə çevirən şəxslərdir. Niyə bizim jurnallardakı məlumatlar, situasiya tipli testlər paylaşılmır? Hətta bəziləri, şagirdləri imtahana telefon aparmağa da sövq edirlər. Ötən il belə müəllimlərdən birini aşkarladıq və məlum oldu ki, həmin şəxs vaxtilə daxil olduğu qəbul imtahanında 300 ballıq nəticə göstərib".
Bu bölməyə aid digər xəbərlər
DİM sədrindən bəzi müəllimlərə irad: “Onlar xidmətlərini satan şəxslərdir”
2019-04-29 11:50:00
kitabı
ÇOX OXUNANLAR
18 Aprel 2024, 12:35
Sertifikasiya imtahanının vaxtı AÇIQLANDI
18 Aprel 2024, 10:04
DİM-dən 17 mart buraxılış imtahanının nəticələri ilə bağlı AÇIQLAMA
20 Aprel 2024, 17:42
300 bal toplayan 9-cular - Onlar bu liseyin şagirdləridir
17 Aprel 2024, 10:21
Sertifikasiya:“Müəllimlərin hazırlığa getməsi qəbuledilməzdir”
19 Aprel 2024, 16:54
Qəbul imtahanında hansı yeniliklər olacaq? - Məleykə Abbaszadədən AÇIQLAMA
19 Aprel 2024, 16:09
Regionlar üzrə ən çox bal toplayanlar... Şəki-Zaqatala bölgəsinin ŞAGİRDLƏRİ
17 Aprel 2024, 12:14
Regionlar üzrə ən çox bal toplayanlar – Mərkəzi Aran bölgəsinin ŞAGİRDLƏRİ
18 Aprel 2024, 12:40
Sertifikasiyadan keçə bilməyənlər bu il imtahan verəcək
FACEBOOK