Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-04-29 11:13:00
Dünənki qəbul imtahanında bu qədər şəxs qaydaları pozub – Telefon keçirib, kitabça dəyişdirənlər -RƏSMİ  

“Bildiyiniz kimi, 7, 14 və 21 aprel tarixlərində keçirilən tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarında sual kitabçalarının dəyişdirilməsi, mobil telefon aşkar olunması və digər səbəblərdən ümumilikdə 31 abituriyent imtahandan xaric olunub və onların nəticələri ləğv olunub. İlkin məlumatlara əsasən, dünən keçirilən imtahanlarda da 17 nəfər tərəfindən qayda pozuntusu (5 – mobil telefon, 10 – sual kitabçalarının dəyişdirilməsi, 1 – çoxfunksiyalı elektron cihaz, 1 – başqasının yerinə imtahan binasına daxil olmağa cəhd ) halına rast gəlinib”.

AzEdu.az xəbər verir ki, bu bilgilər Dövlət İmtahan Mərkəzinin aprel ayı ərzində keçirilən buraxılış imtahanları, imtahanda başverənmüxtəlifhallar, aparılan araşdırma və nəticələri ilə bağlı hazırladığı məlumat mətnində öz əksini tapıb.

Qeyd edək ki, bu gün DİM-in Direktorlar Şurasının sədri Məleykə Abbaszadə aprel ayı ərzində keçirilən buraxılış imtahanları, imtahanda baş verən müxtəlif hallar, aparılan araşdırma və nəticələri ilə bağlı mətbuat konfransı keçirir.

 

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları