Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-04-27 12:59:00
Beynəlxalq sertifikatlı praktik-seminar keçirilib 

Bu gün saat 11:00-da ph.d Aslı Aktanın “Uşaqlıq dövründə icraedici fəaliyyət, dil bacarıqalrının inkişafı və qiymətləndirilməsi” adlı seminarı keçiriləcək.

Hədəf STEM Liseyində baş tutan seminar aşağıdakı punktları əhatə edib:

– Erkən uşaqlıq dövründə uşaqlara düzgün pedaqoji, psixoloji və loqopedik yanaşma;
– 0-6yaş qrupunda uşaqların icraedici fəaliyyətinin öyrənilməsi, icraedici fəaliyyət zamanı düzgün metodun seçilməsi;
– Kiçik yaş qrupunda olan uşaqların dil bacarıqlarının öyrənilməsi və qiymətləndirilməsi;
– Nitq bacarıqlarının formalaşması üçün vacib olan inkişafetdirici məşğələlər yer alıb.

Seminarda valideyn, pedaqoq, psixoloq, loqopedlər, tələbələr və digər 0-6 yaş qrupu ilə işləyənlər  iştirak ediblər. Seminarda uğurla iştirak edən hər kəsə Beynəlxalq Sertifikat təqdim olunub.

Qeyd edək ki, seminar Kadir Has Universiteti, Hədəf Liseyi, Nar Çiçəyi İnkişaf Mərkəzi və Hədəf Globalın birgə təşkilatçılığı ilə həyata keçirilib.