Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-04-26 17:46:00
Latviyada oxumaq istəyənlərin ən çox verdiyi suallar – Cavablar AzEdu.az-da

 

Latviya keyfiyyətli təhsil, sosial yaşam tərzi baxımından bir çox tələbələri özünə cəlb edir.

Son illərdə burada təhsil almaq istəyənərin sayı artmaqdadır

AzEdu.az Latviyada  təhsillə bağlı ən çox verilən sualları  və  onların cavabları təqdim edir.

-Hazırda Bakı Dövlət Universitetinin III kurs tələbəsiyəm. Bilmək istərdim ki, Latviya universitetlərində təhsil haqqı və yaşayış xərcləri nə qədərdir?

-Latviya universitetlərində  illik təhsil haqqı  2000-5000 avro arasındadır. Orada yaşayış xərcləri isə maksimum 500 dollar təşkil edir.

-Latviyanın dövlət universitetlərində ingilis dilli proqramlarda təhsil almaq mümkündür?

-Latviyanın dövlət universitetlərində yalnız latış dilində təhsil almaq mümkündür.

-Xarici universitetlərdə təhsil almaq arzumdur.  Bilmək istərdim ki, Latviya universitetlərində latış dilində təhsil almaq üçün nə etmək lazımdır?

-Latviya universitetlərində tələbələr latış dilində təhsil almaq istəyirsə, bunu sübut edən sənəd təqdim etməlidirlər. Latışca təhsil almaq üçün ən azı B2 səviyyəsi olmalıdır. Mərkəzləşmiş imtahan mayın sonu və ya iyunun əvvəlində keçirilir.

-Latviyada bakalavr və ya magistr təhsil müddəti nə qədərdir?

-Universitetdən asılı olaraq bakalavr təhsili  3-4, magistratura isə 1.5 – 2 il davam edir.

-Bilmək istərdim ki, Latviyada təhsil aldığım müddətdə iş izni əldə edə bilərəm?

-Əcnəbi tələbələr Latviyada işləmək hüququ qazanırlar və bu müddət həftədə 20 saatdan artıq olmamalıdır. İş icazəsi üçün bəzi sənədlər tələb olunur. Məsələn, viza və ya yaşayış icazəsi, işəgötürən ilə əmək müqaviləsi... Bu sənədləri və bəyanatları Vətəndaşlıq və Miqrasiya İşləri İdarəsinə təqdim etmək lazımdır. İcazə yalnız  viza və ya yaşayış icazəsi qüvvədə olduğu müddətə uyğun olaraq verilir.

-Latviyada oxumaq üçün təhsil vizasına nə tələb olunur?  

-Latviyada təhsil almaq istəyənlər tələbə vizası almaq üçün isə  aşağıdakı sənədləri təqdim etməlidirlər: Universitetdən rəsmi dəvətnamə, maddi vəziyyətini əks etdirən sənədin təsdiqi, pasport, şəxsiyyət vəsiqəsi, əvvəlki təhsilini təsdiq edən sənəd, iş və ya təhsil aldığı yerdən arayış.

-Latviyada ingilis dil proqramlarında təhsil almaq üçün nə etmək lazımdır?

 Latviya universitetlərində ingilis dili proqramlarında təhsil almaq üçün IELTS 6.0-6.5 və ya TOEFL 80-100  nəticəsi arzuolunandır. Bir çox universitetlərdə təhsil həm də rus dilində tədris olunur.

Günel Yaşarqızı
Müəllifin digər yazıları