Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-04-25 16:05:00
Əcnəbi universitetlərdən qovulan azərbaycanlılar: “Əlaçı tələbə də narkotikdən istifadə etsə, xaric olunar”  

Xarici universitetlərdə təhsil alan tələbələr əlaçı olsalar belə narkotikdən istifadə edərlərsə, ölkədən deportasiya oluna bilərlər”

Bu sözləri AzEdu.az-a açıqlamasında “A-Level” Tədris Mərkəzinin  rəhbəri, xaricdə təhsil üzrə mütəxəssis Ayan Əliyeva deyib.

Xatırladaq ki, Polşanın Krakov şəhərində təhsil alan azərbaycanlı tələbələr Əliyev Sənan və Şükürov Kitabulla ölkədən deportasiya olunublar. Tələbələrin deport olunmasına səbəb davamiyyətlərindəki problem və intizamsızlıq olub. Onların təhsil vizaları ləğv edilərək, ölkədən çıxmaları tələb olunub.

Ekspertin sözlərinə görə, xaricdə təhsil alan tələbələr ölkədənbir neçə səbəbdən deportasiya oluna bilərlər:

“Xarici universitetlərdə oxuyan tələbələr dərslərdə davamlı  iştirak etmədikdə, imtahanlardan 2 dəfə kəsildikdə ölkədən deportasiya oluna bilərlər. Onu da qeyd edim ki, ilk növbədə intizamsız tələbələrin təhsili dondurulur.Daha sonra həmin tələbələr ölkədən deportasiya olunurlar. Çünki xaricdə oxuyan əcnəbi  tələbələr  universitetdən verilən məktuba görə viza alırlar. Universitet tərəfindən verilən  məktub geri alındıqda isə tələbələr ölkəni tərk etməli olurlar.Ümumiyyətlə, xarici universitetlərdə təhsil ala tələbələr əlaçı olsalar belə narkotikdən istifadə edərlərsə ölkədən deportasiya oluna bilərlər”.

Ayan Əliyeva bildirib ki, tələbələr təhsillə əlaqəsi olmayan qanun pozuntusu da etdikdə ölkədən deportasiya oluna bilərlər:

“Xarici universitetlərdə təhsil almaq istəyənlər ilk növbədə dərslərdə davamlı iştirak etməlidirlər.  Çünki müəyyən saatlardan sonra  dərslərdə iştirak etməyən tələbələr seminarlara buraxılmırlar. Beləliklə, tələbələr  təhsil aldıqları  universitetdən xaric olunurlar. Xarici universitetlərdə kənarlaşdırılan azərbaycanlı tələbələri yenidən həmin ölkədətəhsil almalarınıtövsiyə etmirəm. Çünki  bu proses olduqca çətindir.

Əlavə olaraq onuda bildirim ki, xarici ölkədənkənarlaşdırılan tələbələr digər əcnəbi universitetlərə çətinliklə qəbul ola bilərlər. 

Onu da qeyd edim ki, azərbaycanlı tələbələr ən çox Ukrayna və ya Rusiyadan deportasiya olunurlar. Çünki  bəzi tələbələr oxumaq adı ilə gedib başqa işlə məşğul olurlar”.

Xaricdə təhsil üzrə ekspert Fuad Hacıyevin sözlərinə görə,tələbələrin əcnəbi universitetlərdən deportasiya olunmasına səbəb saxta sənədlərdir:

“Ümumiyyətlə, gənclər ucuz qiymət təklif edən xaricdə təhsil şirkətlərinə inanmamalıdırlar. Çünki daha sonra tələbələrin xarici universitetlərdən deportasiya olunmasını görürük. Onu da qeyd edim ki,  xaricdə təhsil almaq istəyənlər ilk növbədə universitetlərin saytına girərək qəbul şərtlərinə diqqət etməlidirlər. Məsələn: hər hansı Türkiyə universiteti YÖS imtahanı tələb edirsə, oraya attestatla qəbul aparmaq olmaz. Yəni,  hər hansı xaricdə təhsil şirkətləri imtahan tələb edən universitetlərə attestatla qəbul aparırsa bu proses düzgün deyil”.

Günel Yaşarqızı
Müəllifin digər yazıları