Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-04-25 13:46:53
V qrupun bütün ixtisasları və qəbul aparılan universitetlər - SİYAHI

Dövlət İmtahan Mərkəzi ali təhsil müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslarına qəbul olmaq istəyənlər üçün ilk dəfə "Xüsusi qabiliyyət imtahanları" jurnalının 1-ci nömrəsini nəşr edib.

Jurnalda qabiliyyət komissiyalarının ixtisasları üzrə qəbul aparılan universitetlərin siyahısı da dərc olunub.

AzEdu.az xüsusi qabiliyyət tələb edən ixtisasları və bu ixtisaslar üzrə qəbul aparılan ali təhsil müəssisələrini təqdim edir:

Rəngkarlıq – Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Azərbaycan Dövlət Rəssamlıq Akademiyası;

Qrafika- Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Azərbaycan Dövlət Rəssamlıq Akademiyası;

Heykəltaraşlıq - Azərbaycan Dövlət Rəssamlıq Akademiyası;

Təsviri incəsənət müəllimliyi – Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Azərbaycan Dövlət Rəssamlıq Akademiyası;

Dizayn - Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Azərbaycan Dövlət Rəssamlıq Akademiyası, Azərbaycan Dövlət Memarlıq və İnşaat Universiteti, Qərbi Kaspi Universiteti, Xəzər Universiteti, “Odlar Yurdu” Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti;

Dekorativ sənət - Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Azərbaycan Dövlət Rəssamlıq Akademiyası;

İnstrumental ifaçılıq: fortepiano, orqan,klavesin;caz sənəti (fortepiano) – Bakı Musiqi Akademiyası;

İnstrumental ifaçılıq: Orkestr alətləri, simli:violin,viola,violençel, kontrabas,arfa; caz sənəti(kontrabas); nəfəs:fleyta, klarnet, saksafon, truba, trombon, qoboy, faqot, tuba,valtorna;zərb alətləri;caz sənəti(saksafon, truba; zərb alətləri)  – Bakı Musiqi Akademiyası;

Xalq çalğı alətləri ifaçılığı: tar, kamança, qanun, nağara,qarmon – Azərbaycan Milli Konservatoriyası;

Xalq çalğı alətləri ifaçılığı: tar, kamança, saz, qanun, nağara, balaban – Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti;

Xalq çalğı alətləri ifaçılığı: tar, nağara, qarmon – Bakı Xareoqrafiya Akademiyası;

Xalq çalğı alətləri ifaçılığı: saz, balaban, tütək, zurna, ney - Azərbaycan Milli Konservatoriyası;

Solo oxuma- Bakı Musiqi Akademiyası;

Solo oxuma (xanəndə) - Azərbaycan Milli Konservatoriyası, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti;

Estrada sənəti(vokal) - Bakı Musiqi Akademiyası, Azərbaycan Milli Konservatoriyası, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti;

Drijorluq(xor drijorluğu, opera-simfonik orkestr dirijorluğu, nəfəs alətləri orkestrinin drijorluğu) - Bakı Musiqi Akademiyası;

Xalq çalğı alətləri orkestrının dirijorluğu, xor dirijorluğu – Azərbaycan Milli Konservatoriyası;

Solo oxuma (milli vokal) - Azərbaycan Milli Konservatoriyası;

Bəstəkarlıq – Bakı Musiqi Akademiyası, Azərbaycan Milli Konservatoriyası;

Musiqişünaslıq - Bakı Musiqi Akademiyası, Azərbaycan Milli Konservatoriyası, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti;

İnstrumental ifaçılıq: fortepiano, orkestr alətləri (simli:violin,gitara;nəfəs:klarnet, saksafon; zərb alətləri - Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti;

Musiqi müəllimliyi (fortepiano,qarmon, tar, saz, kamança,qanun, violin,klarnet,balaban,vokal – Azərbaycan Dövlət Pedaqoji Universiteti;

Musiqi müəllimliyi (fortepiano, violin, viola, violençel, kontrabas, arfa, fleyta, klarnet, saksafon, truba, trombon, qoboy, faqot, tuba, valtorna, zərb alətləri, vokal – Bakı Musiqi Akademiyası;

Musiqi müəllimliyi( tar, kamança, qanun, qarmon, saz, balaban, tütək, zurna,ney, vokal - Azərbaycan Milli Konservatoriyası;

Musiqi müəllimliyi (fortepiano, violin, viola, gitara, klarnet, saksafon, tar, kamança, qarmon, saz, qanun, nağara, balaban;zərb alətləri;vokal - Azərbaycan Milli Konservatoriyası;

Musiqi müəllimliyi (fortepiano, tar) – Sumqayıt Dövlət Universiteti;

Estrada sənəti (fortepiano, akkordeon,klarnet, saksafon, fleyta, qoboy, truba, gitara, tar, kamança,balaban, tütək, ud, qanun, zərb alətləri) – Azərbaycan Milli Konversatoriyası;

Memarlıq -  Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Dövlət Rəssamlıq Akademiyası;

Aktyor sənəti- Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti;

Rejissorluq - Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti;

Operator sənəti - Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti

Xoreoqfafiya sənəti (sahələr üzrə)

-balatmeyster;

-klassik rəqs;

-milli rəqs;

-modern rəqslər – Bakı Xareoqrafiya Akademiyası;

Rəqs müəllimliyi - Bakı Xareoqrafiya Akademiyası;

Bədən tərbiyəsi və idman – Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası;

Məşqçi (idman növü üzrə) - Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası;

Fiziki tərbiyə və çağıraşağaqədərki hazırlıq (qızlar üçün fiziki tərbiyə) müəllimliyi – Bakı Dövlət Universiteti (Qazax filialı), Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası, Sumqayıt Dövlət Universiteti;

Rəngkarlıq – Naxçıvan Dövlət Universiteti;

Solo oxuma - Naxçıvan Dövlət Universiteti;

Bəstəkarlıq - Naxçıvan Dövlət Universiteti;

Təsviri incəsənət müəllimliyi - Naxçıvan Dövlət Universiteti, Naxçıvan Müəllimlər İnstitutu;

İnstrumental ifaçılıq fortepiano - Naxçıvan Dövlət Universiteti;

İnstrumental ifaçılıq orkestr alətləri (simli: violin, viola, violençel, kontrabas;nəfəs:fleyta, klarnet, saksafon truba, trombon, qoboy, valtorna, faqot) - Naxçıvan Dövlət Universiteti;

Musiqişünaslıq - Naxçıvan Dövlət Universiteti;

Xalq çalğı alətləri ifaçılığı: tar, kamança, qarmon, balaban, qanun, nağara, saz) - Naxçıvan Dövlət Universiteti;

Drijorluq (xor drijorluğu) - Naxçıvan Dövlət Universiteti;

Musiqi müəllimliyi:Fortepiano, violin, viola, violençel, kontrabas, fleyta, klarnet, saksafon truba, trombon, qoboy, valtorna, faqot, vokal, tar, kamança, qarmon, balaban, qanun, nağara, saz) - Naxçıvan Dövlət Universiteti;

Memarlıq -  Naxçıvan Dövlət Universiteti;

Bədən tərbiyəsi və idman - Naxçıvan Dövlət Universiteti, Naxçıvan Universiteti;

Fiziki tərbiyə və çağıraşaqədərki hazırlıq (qızlar üçün fiziki tərbiyə) müəllimliyi- Naxçıvan Dövlət Universiteti;

Aktyor sənəti - Naxçıvan Dövlət Universiteti;

Təsviri incəsənət müəllimliyi – Gəncə Dövlət Universiteti;

Musiqi müəllimiyi (fortepiano, violin, klarnet,  tar, kamança, saz, qarmon) – Gəncə Dövlət Universiteti;

Bədən tərbiyəsi və idman - Gəncə Dövlət Universiteti;

Fiziki tərbiyə və çağıraşaqədərki hazırlıq (qızlar üçün fiziki tərbiyə) müəllimliyi- Gəncə Dövlət Universiteti, Bakı Dövlət Universitetinin (Qazax filialı);

Dizayn – Azərbaycan Texnologiya Universiteti;

Təsviri incəsənət müəllimliyi – Lənkəran Dövlət Universiteti;

İslamşünaslıq – Azərbaycan İlahiyyat İnstitutu;

Jurnalistika- Bakı Dövlət Universiteti, Azərbaycan Dillər Universiteti, Bakı Slayvan Universiteti.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları