Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-04-25 11:16:52
Qabiliyyət tələb edən iki ixtisas imtahanı test üsulu ilə keçiriləcək - Yenilik

"2019-2020-ci tədris ili üçün keçiriləcək qabiliyyət imtahanlarının müsabiqə şərtlərində bəzi dəyişikliklər edilib".

AzEdu.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Ali təhsil üzrə Yoxlama-ölçmə materiallarının işlənməsi şöbəsinin müdiri Natiq Əliyev "Xüsusi qabiliyyət imtahanları" jurnalının təqdimat mərasimində deyib.

Şöbə müdiri bildirib ki,  "Musiqi sənəti" istiqamətinin müvafiq ixtisasları üzrə musiqi nəzəriyyəsi və solfecio fənnindən imtahanlar test üsulu ilə keçiriləcək:

"İmtahanın nəticəsi 30 ballıq şkala ilə qiymətləndiriləcək. 15 və daha yüksək bal toplamış abituriyentlərin nəticəsi məqbul hesab ediləcək".

Qeyd edək ki, DİM ilk dəfə ali təhsil müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslarına qəbul olmaq istəyənlər üçün "Xüsusi qabiliyyət imtahanları" jurnalının 1-ci nömrəsini nəşr edib.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları