Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-04-25 09:10:00
Müəllimlərin daimiləşmə müsabiqəsi başa çatdı –TİPİİ bu şəxslərə təşəkkür etdi  

 

Aprelin 24-də İnsan Resursları Mərkəzi tərəfindən keçirilən respublika üzrə ümumi təhsil müəssisələrində müddətli əmək müqaviləsi əsasında işləyən müəllimlərin daimiləşməsi müsabiqəsinə yekun vurulub.

 Müddətsiz əmək müqaviləsi əsasında işə qəbul olmaq istəyən 1170 müəllimin qatıldığı müsahibələr Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun inzibati binasında keçirilib.

 AzEdu.az TİPİİ-nin İnsan Resursları Mərkəzinə istinadən xəbər verir ki, müsahibələrdə 2017-2018 və 2018-2019-cu tədris illəri üçün keçirilən müəllimlərin işə qəbulu müsabiqəsinə qatılaraq zəruri keçid balını toplayan və vakant yerlərdə mövcud qaydalar çərçivəsində müddətli əmək müqaviləsi ilə işə qəbul edilmiş müəllimlər iştirak edib.


Müsabiqədə üç gün ərzində dəstəyini əsirgəməyən aşağıda adı qeyd olunan komissiya üzvlərinə – 
1. Təhsil Nazirliyinin əməkdaşı Orxan Abbasova;
2. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əməkdaşları: Rəşad Musayevə, İlahə Talıbovaya, Səidə Əsədovaya;
3. Quba Rayon Təhsil Şöbəsinin müdiri Rüfət Hacıyevə;
4. Astara Rayon Təhsil Şöbəsinin müdiri Rəşad Həsənova;
5. Şamaxı Rayon Təhsil Şöbəsinin müdiri Namiq Nağıyevə;
6. Qazax Rayon Təhsil Şöbəsinin müdiri Nizaməddin Babanlıya;
7. Oğuz Rayon Təhsil Şöbəsinin müdiri Elçin Kərimova;
8. Sumqayıt Şəhər Təhsil Şöbəsinin müdiri Arzu Alızadəyə;
9. İmişli Rayon Təhsil Şöbəsinin müdir əvəzi Vahid Tağıyevə;
10. Qax Rayon Təhsil Şöbəsinin müdir əvəzi Babək Heydərova;
11. Masallı Rayon Təhsil Şöbəsinin müdiri Tariel Əkbərova;
12. Humanitar fənlər təmayüllü liseyin direktoru Nəzakət Əsgərovaya;
13. A.S.Makarenko adına humanitar təmayüllü gimnaziyanın direktoru Murad Əlizadəyə;
14. Bakı şəhəri 36 nömrəli tam orta məktəbin direktoru Emilya Səfərəliyevaya;
15. Bakı şəhəri 163 nömrəli tam orta məktəbin direktoru Sevil Cavadovaya; 
16. Bakı şəhəri 114 nömrəli tam orta məktəbin direktoru Ceyran Novruzovaya;
17. Bakı şəhəri 312 nömrəli tam orta məktəbin direktoru Xatirə Hacıyevaya;
18. Bakı şəhəri 165 nömrəli tam orta məktəbin direktoru Vüqar Məmmədova;
19. Bakı şəhəri 297 nömrəli tam orta məktəbin direktoru Nailə Cəfərovaya; 
20. Bakı şəhəri 288 nömrəli tam orta məktəbin direktoru Taleh Quliyevə; 
21. Bakı şəhəri 240 nömrəli tam orta məktəbin direktoru Esmira Məmmədovaya; 
22. Bakı şəhəri 317 nömrəli tam orta məktəbin direktoru Əliqismət Səfərova; 
23. Bakı şəhəri 319 nömrəli tam orta məktəbin direktoru Nəriman Mürsəliyevə; 
24. Bakı şəhəri 31 nömrəli tam orta məktəbin direktoru Kərim Abidiyə;
25. Bakı şəhəri 72 nömrəli tam orta məktəbin direktoru Fərqanə Abbasovaya;
26. Bakı şəhəri 310 nömrəli tam orta məktəbin direktoru Rəsmiyə Quliyevaya; 
27. Bakı şəhəri 54 nömrəli tam orta məktəbin direktoru Sahibə Abbasovaya;
28. Sumqayıt şəhəri 11 nömrəli tam orta məktəbin direktoru İlahə Həsənliyə;
29. Ağdam Rayon 14 nömrəli texniki fənlər təmayüllü Məktəb Liseyin direktoru Zərif Mehdiyevaya;
30. Ağdam şəhər 65 nömrəli orta məktəbin direktoru Ruslan Abbasova – 
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan ümumtəhsil məktəblərinin müəllimlərinə, həmçinin Təhsil Nazirliyinin “BİR” Tələbə-könüllülərinə, Bakı şəhəri Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının əməkdaşlarına, xüsusilə intizam qaydalarına əməl edən bütün müsabiqə iştirakçılarına təşəkkür edirik.

 

Günel Yaşarqızı
Müəllifin digər yazıları