Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-04-24 11:58:00
Magistratura imtahanlarında iştirak üçün tələb olunan ödənişlər –  Mərhələlər üzrə qiymətlər

Dövlət İmtahan Mərkəzi dövlət qulluğu üçün kadrların seçilməsi, təşkilati-hüquqi və mülkiyyət formasından asılı olmayaraq ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulunun həyata keçirilməsi məqsədi ilə, habelə müqavilə əsasında dövlət orqanları, hüquqi və fiziki şəxslər üçün imtahanlar təşkil edən publik hüquqi şəxsdir. 

Qurum öz-özünü maliyyələşdirdiyinə görə, təşkil etdiyi imtahanlar üçün müəyyən xidmət haqları tələb olunur. 

AzEdu.az ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul üzrə keçirilən imtahanlar üçün tələb olunan xidmət haqlarını təqdim edir: 

Magistraturaya sınaq imtahanında iştirak etmək üçün 30 AZN;

Qəbul imtahanının I mərhələsində 50, ikinci mərhələsində iştirak üçün isə 60 Azn ödəniş tələb olunur.

Jurnalistika ixtisası üzrə magistratura ixtisaslaşmalarına qəbul olmaq istəyən bakalavrlar qabiliyyət imtahanında iştirak etmək üçün Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası tərəfindən xüsusi qabiliyyət tələb edən ixtisaslara tələbə qəbulu ilə bağlı müəyyən olunan məbləğdə (30 AZN) ödəniş etməlidirlər.

Qeyd edək ki, magistratura səviyyəsinə qəbul olunmaq istəyən bakalavrların imtahanın II mərhələsi üzrə ərizələrinin onlayn qəbulu 26 apreldən mayın 7-nə kimi davam edəcək.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları