Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-04-23 15:26:00
“Gənclər Fondunun bu addımı yalançı xaricdə təhsil şirkətlərinə mənfi təsir edəcək” -Ekspert  

“AGF-nin gənclərin xaricdə magistr dərəcəsi üzrə maliyyəşdirməsi bəzi təhsil şirkətlərinə faəliyyətinə mənfi təsir göstərəcək”

Bunu AzEdu.az-a açıqlamasında Gəncliyin Elmi-Mədəni İnkişaf Təşkilatının sədri, xaricdə təhsil üzrə ekspert Sərdar Yusifoğlu deyib.

Xatırladaq ki, Milli Məclisin Gənclər və idman komitəsinin aprelin 11-də keçirilən iclasında Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov çıxış edərək bildirib ki, xaricdə təhsilin maliyyələşdirilməsi ilə bağlı aprelin sonunda elan veriləcək və 2019-2020-ci tədris ilində gənclərin xaricdə magistr pilləsi üzrə təhsilini Gənclər Fondu maliyyələşdirəcək.

Ekspertin sözlərinə görə AGF-nin tələbələrin xaricdə magistr dərəcəsi üzrə maliyyələşdirməsi çox gözəl təşəbbüsdür:

 “2007-2015-ci illərdə gənclər Dövlət Proqramı çərçivəsində xaricdə magistr, bakalavr, doktorantura dərəcəsi üzrə maliyyələşdirilirdi.  Hazırda isə həmin Dövlət  Proqramı bitib. Buna baxmayaraq, dövlət təşkilatlarında bu cür təqaüd proqramları mövcud olub.  AGF-nin yenidən belə bir təşəbbüsü irəli  sürməsi təqdirəlayiqdir. Çünki gənclərimiz üçün çox yüksək səviyyəli addımdır”.

Onun fikrincə, bu proses peşəkar təhsil şirkətlərinin  fəaliyyətinə müsbət təsir  göstərəcək:

“Xaricdə təhsil şirkətləri tələbələrin qəbul prosedurunu həyata keçirir. AGF-nin gənclərin xaricdə magistr dərəcəsi üzrə maliyyələşdirməsi bəzi xaricdə təhsil şirkətlərinə mənfi təsirini göstərə bilər. Əgər hər hansı xaricdə təhsil şirkətləri tələbələrə  təqaüd verəcəyi adı ilə yalan vədlər deyərsə, onlara bu addım birbaşa mənfi təsir göstərəcək.   Amma öz işlərini şəffaf şəkildə həyata keçirən xaricdə təhsil şirkətlərinin fəaliyyətinə müsbət təsir göstərəcək. Çünki AGF tələbələrin  xarici universitetlərə qəbul prosesi ilə məşğul olmur”.

 

Günel Yaşarqızı
Müəllifin digər yazıları