Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-04-22 11:43:00
Bu il imtahan verəcək ən gənc  və ən yaşlı abituriyent - Birinin 14, digərinin isə... - ÖZƏL

Ali və orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulunda iştirak edən ən yaşlı abituriyentin 59, ən gəncin isə 14 yaşı var.

Bu barədə Dövlət İmtahan Mərkəzindən AzEdu.az-a bildiriblər.

Məlumatda qeyd olunur ki, ərizəsini təsdiqləyən ən yaşlı abituriyent 17.03.1960-cı, ən gənci isə 27.11.2004-cü ildəndir.

Xatırladaq ki, ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu ilə əlaqədar ərizələrin qəbulu aprelin 16-sı başa çatıb və ümumilikdə 80 mindən çox abituriyent ərizəsini təsdiqləyib.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları