Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-04-21 17:56:00
 25 apreldə respublika elmi-praktiki konfransı keçiriləcək

QADINLAR İKT-də Beynəlxalq Günü”nə həsr edilmiş respublika elmi-praktiki konfransı keçiriləcək.

AzEdu.az xəbər verir ki. aprelin 25-də AMEA Rəyasət Heyəti, Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və İnformasiya Texnologiyaları İnstitutunun birgə təşkilatçılığı ilə “QADINLAR İKT-də Beynəlxalq Günü”nə həsr edilmiş respublika elmi-praktiki konfransı keçiriləcək.

Seminarda Azərbaycanın dövlət, elm və təhsil müəssisələrində İKT sahəsində çalışan qadın alim, pedaqoq və mütəxəssislər iştirak edəcəklər.

Elmi toplantıda Azərbaycanda qadınlarla bağlı dövlət siyasəti, ölkədə qadınların İKT sektorunda iştirak səviyyəsi, gender problemlərinin həllində İKT-nin rolu və perspektivləri, İKT və gender mədəniyyəti, qadınların virtual mühitə inteqrasiyasında fərdi məlumatların təhlükəsizliyi, Azərbaycan mədəni mühitində qadınların sosial statusunun inkişafı baxımından kommunikasiyaların rolu və s. mövzularda məruzələr təqdim ediləcək.