Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-04-21 16:44:00
Dünyada ilk istilik batareyası təqdim edildi

Avstraliyalı startapçılar dünyada ilk işlək istilik batareyası hazırlayıblar. İstismar müddəti 20 il olan batareya litium-ion batareyaları ilə müqayisədə 60-80% ucuzdur və onlardan 6 dəfə daha çox enerji saxlaya bilmək imkanına malikdir.

AzEdu.az xəbər verir ki,  istənilən növ elektrik enerjisini (günəş, külək və bilavasitə şəbəkədən alınan) birləşdirə bilən modulyar enerji toplayıcısı “TED”-dən (Thermal Energy Device) xüsusi izolyasiyalı kamerada silisiumun qızdırılması və əridilməsi üçün istifadə edilir. Standart “TED” batareyası özündə 1,2 meqavatt-saat enerji saxlayır və asanlıqla 6 metrlik konteynerə yerləşir.

İstehsalçıların məlumatına əsasən, yeni qurğu qurğuşun-turşu batareyasına nisbətən 12 dəfə daha çox enerji saxlamaq imkanına malikdir.