Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-04-21 13:41:00
Bağçalara şagird qəbulunda nələrə əməl edilməlidir? - İntizam qaydaları

Çoxları məktəbəqədər təhsil müssisələrinə qəbulun yalnız müraciətlə, adi qaydada keçirildiyi düşünürlər. Amma məktəbəqəbul kimi bu proses də qanunvericiliyə uyğun, müəyyən şərtlər ödənilməklə baş tutmalıdır.

AzEdu.az xəbər verir ki, azyaşlının bağçaya qəbulu zamanı bu qaydalara əml edilməlidir. Bu qaydalar Nazirlər Kabinetinin 2012-ci il, 3 avqust tarixli qərarında da əks olunub.

Uşaqlar məktəbəqədər təhsil müəssisələrinə qəbul edilməzdən əvvəl tibb müəssisələrində profilaktik tibbi müayinələrdən keçməlidirlər. Bu zaman həkim uşağın valideynlərindən onun inkişaf və davranış xüsusiyyətlərinə dair məlumat toplayır, sağlamlıq vəziyyətini, fiziki və ruhi-əsəb inkişafını qiymətləndirir. Daha sonra bu məlumatları uşağın tibbi vərəqəsinə əlavə edərək, qrup tərbiyəçilərinin nəzərinə çatdırmalıdır.

Uyğunlaşma dövründə həkim uşağa nəzarət etməli, gündəlik rejim, qidalanma və sağlamlaşdırıcı tədbirlər üzrə fərdi tövsiyələrini bildirməlidir.

Məktəbəqədər yaşlı uşaqların müəssisəyə valideynlərdən gündəlik qəbulunu uşaqların sağlamlıq vəziyyəti haqqında məlumat toplayan tərbiyəçi həyata keçirir. Tibb bacısı hər gün uşağın boğaz və dərisini müayinə edir, hərarətini ölçür. Bu prosesi tibbi təhsili olan şəxs həyata keçirməlidir. Səhər müayinəsi zamanı xəstəlik aşkar edilən uşaqlar bağçaya qəbul edilmir. Gün ərzində xəstəlik aşkar olunan uşaqlar isə yoldaşlarından təcrid olunurlar. Vəziyyətlərindən asılı olaraq, xəstə uşaqlar valideynləri gələnə qədər izolyatorda saxlanılır və ya xəstəxanaya göndərilirlər.

Həftədə bir dəfə tibb işçisi uşaqları pedikulyoza görə müayinə etməlidir. Müayinənin nəticələri xüsusi jurnalda qeyd edilir. Pedikulyoza yoluxmuş uşaqlar evə göndərilirlər.

Azyaşlı  keçirdiyi xəstəlikdən sonra və yaxud 3 gündən artıq bağçaya gəlmədikdə, həkim-pediatrı tərəfindən verilmiş rəyə, xəstəliyin diaqnozu və müddəti, aparılan müalicə, uşağın yoluxucu xəstələrlə təmasda olmaması haqqında məlumatlara əsasən məktəbəqədər təhsil müəssisəsinə qəbul edilir.

Azyaşlı bir məktəbəqədər təhsil müəssisəsindən digərinə köçürülərkən, əvvəlki bağçanın həkimi və ya sahə pediatrı onun tibbi vərəqəsindən çıxarış tərtib etməlidir.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları