Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-04-21 10:46:00
Orta məktəbi vaxtından əvvəl bitirmək  üçün nə etmək lazımdır? - Rəsmi

Orta məktəbi vaxtından əvvəl başa vurmağın yolları çoxlarına maraqlıdır. Ümumiyyətlə təhsil qanunvericiliyinə uyğun olaraq bu hal mümkündürmü?

AzEdu.az çoxlarını maraqlandıran suala cavab olaraq bildirir ki, ümumi təhsil səviyyələrini vaxtından əvvəl bitirmə ibtidai təhsildə III, ümumi orta təhsildə VIII, tam orta təhsildə isə X  sinif şagirdlərinə şamil edilir. Bu barədə Təhsil TV-də də rəsmi məlumat verilib.

Şagirdin hər hansı təhsil səviyyəsini vaxtından əvvəl bitirməsinə əsas verən keyfiyyətlər isə bunlardır:

-Fiziki sağlamlıq və psixoloji dayanıqlılıq;

-Qeyri-standart düşünmə;

-Tədris materiallarını asan və şüurlu mənimsəmə;

-Yaş səviyyəsinə uyğun İKT bacarıqlarına yiyələnmə;

-Xarici dili sərbəst öyrənmə;

-Aydın, rabitəli itq və çevik təfəkkür.

Orta məktəbi vaxtından əvvəl bitirmək istəyən şagird nə etməlidir?

Bu barədə hər il noyabrdan gec olmayaraq, müəllim və məktəb psixoloqu direktora əsaslandırılmış birgə təqdimat ünvanlamalıdırlar. Dah sonra məsələ valideynin də iştirakı ilə Pedaqoji Şurada müzakirə olunub, müvafiq qərar qəbul edilir. Yerli təhsili idarəetmə orqanı həmin təqdimatla əlaqədar komissiya təşkil edir. Komissiyanın rəyi müsbət olduqda məktub Təhsil Nazirliyinə göndərilir.

Təhsil Nazirliyinin yekun rəyi əsasında şagirdin ikinci yarımildən növbəti sinifdə təhsilini davam etdirməsinə razılıq verilməsi barədə məktəb rəhbərliyi yazılı məlumatlandırılır. Məsələ məktəb direktorunun əmri ilə rəsmiləşdirilir.

Ümumi orta və tam orta təhsil səviyyələrini vaxtından əvvəl bitirən şagirdlərin VIII, X sinif üzrə illik qiymətləri isə onların I yarımildə aldıqları qiymətlər hesab olunur.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları