Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-04-21 10:22:00
Nazir müavini BDU-ya görüşə gedir – Layihə

Aprelin 26-da, saat 12:00-da “100 yaşlı Tarix fakültəsinin məzunları” layihəsi çərçivəsində Gənclər və İdman nazirinin müavini İntiqam Babayevlə görüş olacaq.

AzEdu.az Kult.az-a istinadla xəbər verir ki, layihə Bakı Dövlət Universitetinin (BDU) 100 illiyinə həsr olunub. İ.Babayevlə görüş BDU-nun Tarix fakültəsində olacaq.

O, 1991-1996-cı illərdə Tarix fakültəsində təhsil alıb.

Qeyd edək ki, layihənin ilk qonağı AMEA-nın Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov olub.