Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-04-20 17:05:00
Gürcüstanda yeni Azərbaycan dilli məktəbin inşası ilə bağlı tender elan olunub

Gürcüstanın Laqodexi rayonunun azərbaycanlılar yaşayan Qabal kəndində yeni ictimai məktəbin tikintisi ilə bağlı tender elan olunub.

AzEdu.az  xəbər verir ki, Azərbaycan dilli təhsil müəssisəsi 300 şagird üçün nəzərdə tutulub.

Gürcüstanın Bələdiyyələrin inkişafı üzvə Fondun direktoru Giorgi Şengelia və Laqodexi rayonunun icra başçısı Condo Mdivnişvili Qabal kəndinə baş çəkiblər.

Qabal kəndində mövcud olan Azərbaycan dilli ictimai məktəb qəzalı vəziyyətdədir. İnşa olunacaq yeni məktəb beynəlxalq standartlara cavab verəcək. Təhsil ocağının binası məhdud fiziki imkanlı şəxslər üçün də adaptasiya olunacaq.