Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-04-20 16:06:00
Erl Litzenberqer: Amerikada təhsil alan azərbaycanlı tələbələrin sayının ildən-ilə artmasından qürur duyuruq

Aprelin 20-də Bakıda “Education USA Alumni Fair” təhsil sərgisi keçirilib.

AzEdu.az xəbər verir ki, tədbirdə çıxış edən ABŞ-ın Azərbaycandakı səfiri Erl Litzenberqer sərginin əhəmiyyətindən danışıb. Bildirib ki, bu sərgi Amerikada təhsil almaq istəyən tələbələr üçün gözəl şansdır. Biz Amerikada təhsil alan azərbaycanlı tələbələrin sayının ildən-ilə artmasından qürur duyuruq.

Qeyd edək ki, sərgi ABŞ-ın Azərbaycandakı səfirliyi və Beynəlxalq Təhsil üzrə Amerika Şurası tərəfindən təşkil edilib. Sərginin keçirilməsində məqsəd azərbaycanlı tələbələrin ABŞ-da təhsil almalarına yardım etməkdir. Sərgidə ABŞ-ın 26-dan çox universiteti təmsil olunub.