Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-04-20 15:50:00
Azərbaycan şahmatçısı Arkadi Naydiç “GRENKE Chess Classic 2019” superturnirində mübarizə aparır

Aprelin 20-də Almaniyada “GRENKE Chess Classic 2019” superturniri start götürür.

AzEdu.az  xəbər verir ki, Azərbaycan şahmatçısı Arkadi Naydiçin də qatıldığı yarışda dünya çempionu norveçli Maqnus Karlsen, amerikalı Fabiano Karuana, hindistanlı Vişvanatan Anand və digər zəka ustaları iştirak edirlər.

Superturnirin birinci turunda Arkadi Naydiç ermənistanlı Levon Aronyan ilə üz-üzə gələcək. Həmçinin Maqnus Karlsen - Vinsent Keymer, Qeorq Mayer - Fransisko Valexo, Piter Svidler – Fabiano Karuana, Maksim Vaşe-Laqrav – Vişvanatan Anand partiyaları oynanılacaq.