XƏBƏRLƏR

19.04.2019 22:57
“Məlumat yanlış çatdırılıb, Yasinə 56 min dollar təqaüd verilməyəcək” – Atası jurnalistləri qınadı

"Kütləvi İnformasiya Vasitələrində Yasinin 56 min dollar təqaüdə layiq görüldüyü ilə bağlı yayılan xəbərlər yanlışdır. Jurnalistlər məlumatı insanlara səhv çatdırıblar"

Bu sözləri Yasinin atası Yalçın Quliyev AzEdu.az-a açıqlaması zamanı bildirib. Yalçın Quliyevin sözlərinə görə, KİV-də yayılan məlumatlarda böyük yanlışlığa yol verilib:

"Yasinin 56 min dollar təqaüd alması xəbəri necə yayılıb bilmirəm. Jurnalistlər cəmiyyətə məsələni səhv çatdırıblar. Yasin 56 min dollar təqaüd almayacaq və heç kim gətirib ona nəğd pul verməyəcək. Sadəcə oğlum Sabancı Universitetinin 100%-lik bursunu (56 min dollarlıq) qazanan yeganə azərbaycanlıdır. Ali təhsil müəssisəsi Yasini təhsil haqqından tam azad edib. Bundan başqa, ona əlavə güzəştlər də olunub. Amma kiminsə ona 56 min dollar ödəməsiylə bağlı yayılan informasiyalar həqiqəti əks etdirmir".

Qeyd edək ki, Yasin Quliyev, Sabancı Universiteti ilə yanaşı, dünyanın bir çox unveristetlərini – Massaçusets Boston, İllinoys Ştatı, Şimali Florida Universitetini qazanıb.

Sabancı Universitetini seçən həmyerlimiz “Kompüter mühəndisliyi” ixtisası üzrə təhsil alacaq.

17 yaşlı azərbaycanalı "Ankara məktəbi" məktəb-liseyi, “İstək” liseyində təhsil alıb. Hazırda isə Fizika, Riyaziyyat və İnformatika təmayüllü respublika liseyində 11-ci sinifdə oxuyur.

Nəzrin Rüstəmova Müəllifin digər yazıları

İlin gənc müəllimi-Müraciət formu