Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-04-19 17:41:00
“Tələbədən tələbəyə” layihəsində radio jurnalistikasından danışılıb  

Bakı Dövlət Universitetinin (BDU) 100 illik yubileyinə həsr olunan “Tələbədən tələbəyə” layihəsinin 7-ci mövsümü davam edir.

BDU-dan AzEdu.az-a bildirilib ki, layihə çərçivəsində təşkil olunan təlimdə jurnalistika fakültəsinin IV kurs tələbəsi Fuad Fərəcoğlu radio jurnalistikası haqqında biliklərini iştirakçılarla bölüşüb. O, radio materiallarının hazırlanması, canlı efirin idarə olunması, radionun müsbət və mənfi cəhətləri haqqında məlumat verib.

Sonda iştirakçılarla praktik iş aparılıb və müvafiq tapşırıqlar verilib.

Qeyd edək ki, BDU-nun jurnalistika fakültəsinin tələbələri üçün nəzərdə tutulan “Tələbədən tələbəyə” layihəsi çərçivəsində iştirakçılar onlayn xəbər, redaktə, fotojurnalistika, televiziya və radio jurnalistikası, video, montaj, idman jurnalistikası, data jurnalistikası və SMM (Sosial Media Meneceri) haqqında bilik və bacarıqlara yiyələnirlər.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları