Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-04-19 12:13:00
Qanun pozuntusuna yol verən universitetlərdən CAVAB:  "İş olan yerdə, nöqsan qaçılmazdır"

Hesablama Palatası ötən il həyata keçirdiyi nəzarət tədbirlər nəticəsində ən çox nöqsan aşkar etdiyi ali təhsil müəssisələrinin adlarını və onların yol verdikləri nöqsanların mahiyyətini açıqlayıb. 

Bunlar Azərbaycan Tibb Universiteti (ATU), Bədən Tərbiyəsi və İdman Akademiyası (BTİA) və Bakı Slavyan Universitetidir (BSU). 

Bu təhsil ocaqları 2018-ci ilə büdcə qanunvericiliyini müvafiq olaraq  7, 6 və 5 dəfə pozublar. 

AzEdu.az mövzuyla bağlı adıçəkilən universitetlərin mövqeyini öyrənib.

Azərbaycan Tibb Universitetinin mətbuat xidmətindən AzEdu.az-a bildiriblər ki,  Hesablama Palatası ötən il ATU-da xırda nöqsanlar aşkarlayıb.

Məlumatda qeyd olunur ki, üzə çıxarılan qayda pozuntuları yoxlama müddətində öz həllini tapıb.

Bədən Tərbiyəsi və İdman Akademiyasından verilən məlumata görə, Hesablama Palatasının hesabatı bütün təhsil müəssisələri üçün xarakterikdir.

Məlumatda deyilir ki, Palata bütün universitetlərdə mütəmadi yoxlamalar aparır. İş olan yerdə, müəyyən nöqsanlar da qaçılmazdır.

Bədən tərbiyəsi və İdman Akademiyasında  maliyyə prosedurlarıyla bağlı pozuntular yoxdur. Ümumi iş, sənədləşmədə və digər prosedurlarla əlaqədar pozuntular aşkara çıxarılıb.  Gələcəkdə nöqsanları mimumu endirmək və aradan qaldırmaq üçün  işlər görülür. Məsələ nəzarətdədir və bu istiqamətdə müzakirələr aparılır.

Qeyd edək ki,  dövlət satınalmaları ilə bağlı nöqsanlara isə ATU-da 3, BTİA-da 5, BSU-da isə 6 dəfə rast gəlinib. Həmçinin mühasibat uçotu və hesabatlılıq ilə bağlı ATU 4, akademiya 4, BSU isə 6 nöqsana yol verib.

Bundan başqa, qeyd olunan dövrdə ATU-da əsaslı qoyuluşlar üzrə nöqsanlar 2, dövlət əmlakının istifadəsi ilə bağlı nöqsanlar 1, vergi və gömrük qanunvericiliyinin pozulması isə dəfə baş verib.

BTİA-nın büdcədənkənar fond, sosial təminat və sosial müdafiə ilə bağlı fəaliyyətində də 1 nöqsan qeydə alınıb.

Ümumilikdə, bu ali təhsil müəssisələrində il ərzində baş vermiş nöqsanların yekun sayı müvafiq olaraq 19, 16 və 17-dir.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları