Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-04-19 11:38:00
Məktəbəhazırlığı Azərbaycan bölməsində oxuyanlar digər dildə təhsil ala bilər? - Cavab

I sinfə elektron sistem vasitəsilə qeydiyyat davam edir. Proseslə bağlı geniş təlimat, izah verilsə də, valideynlərin sualları bitmək bilmir.

AzEdu.az ən çox verilən suallara cavabı təqdim edir:

Sual:

Övladım məktəbəhazırlıq qruplarında Azərbaycan bölməsində təhsil alıb. Onun sorğusu avtomatik olaraq həmin məkətb, bölmə və müəllimə yerləşdirilib. Orta məktəbi isə Rus bölməsində oxumasını istəyirəm. bu, mümkündür?

Cavab:

Övladı məktəbəhazırlıq qrupunda Azərbaycan bölməsi üzrə oxumuş valideyn digər dillərdə təhsil üçün də müraciət edə bilər.

Amma onların sorğusu sistemə avtomatik olaraq oxuduğu məktəb, bölmə və müəllim üzrə yerləşdirilib. Valideyn öncə sistemə daxil olmalı, övladının qeydiyyatını ləğv etməli, daha sonra digər dildə tədris aparılan bölmə üzrə sorğu yerləşdirməlidir. Daha sonra isə şifahi nitq bacarıqlarının qiymətləndirilməsi üzrə müsahibə mərhələsində iştirak etməlidir.

Həmçinin məktəbəhazırlığı digər dildə keçən şagirdin də sorğusunu ləğv edərək məhz həmin bölmə üzrə başqa məktəb seçmək hüququ da var. Bu zaman azyaşlının müsahibə mərhələsində iştirak etməsinə ehtiyac yoxdur.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları