Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-04-19 10:38:01
“Endirim kartı heç bir işə yaramır, yol xərcləri üçün güzəşt istəyirik” – Bölgədəki tələbələrimiz

Tələbələrin güzəranlarının yaxşılaşdırılması üçün onlara müəyyən güzəştlər tətbiq olunur. Tələbələrə onlar üçün nəzərdə tutulan xüsusi endirim kartları vasitəsilə ən çox geyim mağazaları, kino mərkəzləri, kafe-restoran tipli məkanlarda müəyyən endirimlər tətbiq olunur.

Paytaxt tələbələri bu kartlardan müəyyən dərəcədə  faydalansalar da, bölgələrdəki universitetlərdə oxuyanlar isə onların demək olar, heç bir işəyaramadığındanşikayətlənirlər.

AzEdu.az regionlarımızda yerləşən ali məktəb tələbələri arasında sorğu keçirib:

Kiçik sorğu zamanı   onlara nə kimi  güzəştlərin edilib-edilmədiyiniöyrənməyə çalışdıq:

Sumqayıt Dövlət Universitetinin II kurs tələbəsi Mustafa Rüstəmov  oxuduğu şəhərdə tələbə güzəştlərinin olmadığını deyir:

“Əslən Beyləqandanam. Hərbi xidməti başa vurduqdan sonra ali təhsil almaq qərarına gəldim. Aprel döyüşlərinin iştirakçısı olsam da heç bir güzəştlə rastlaşmamışam.

Oxuduğum şəhərdə tələbələr üçün xüsusi güzəştlər demək olar ki, yoxdur. Tələbələr öz xərclərimizi ödəmək üçün müxtəlif kafe və restoranlarda işləyirlər”.

Gəncə Dövlət Universitetinin IV kurs tələbəsi İbrahim Musayev artıq universiteti bitirsə də, hazırda təhsil alan tələbələr üçün bəzi güzəştlərin  tətbiqini istəyir:

“Geyim, aksesuar mağazalarında, bəzi kafelərdə və s. kimi bəzi məkanlarda cüzi də olsa güzəştlər tətbiq edilir. Endirimlərin azacıq artırılmasını istərdim. Düzdü, mən artıq universiteti bitirirəm, amma heç olmasa, digər tələbələr üçün endirimlərin sayı artırılsa, çox yaxşı olardı”.

Gəncə Dövlət Universitetinin  III kurs tələbəsi Sərxan Abuzərov  tələbə endirim kartları  ilə təmin olunsa da bunun rayonda bir işəyaramadığını deyir:

“Bizə tələbə endirim kartları verilsə də, bunlar rayonda heç bir işə yaramır. Kartlardan yalnız Bakıda istifadə etmək mümkündür. Burda da güzəştlərin tətbiqini çox istərdim. Xüsusilə də yemək yediyimiz məkanlarda tətbiqi daha yaxşı olardı”.

Lənkəran Dövlət Universitetinin adının çəkilməsini istəməyən   I kurs tələbəsi onlara   kafe-restoran tipli məkanlarda güzəşt edilməsi arzusundadır:

“Keçən semestr bizə endirim kartları haqda məlumat vermişdilər. Rayonda çox da faydalı olmadığı üçün müraciət etmədim.  Bir də rayonlarda tələbələrin bu kartlarda istifadə edib-etmədiklərindən də heç əmin deyiləm. Əgər həqiqətən güzəştlər olsa buna çox sevinərdim.  Xüsusilə də kafe, restoran kimi yerlərdə endirimlərin tətbiqi daha yaxşı olardı”.

Bakı Dövlət Universiteti Qazax filialı I kurs tələbəsi Taleh Sadıqov gündəlik yolxərclərində güzəştlərə ehtiyac olduğunu bildirib:

“Düzü, çox maraqlanmadığım üçün bu haqda elə də məlumatım yoxdur. Bildiyim qədəriylə bəzi yerlərdə müəyyən güzəştlər olunur.  Bizim əsas çətinliyimiz gündəlik yolxərcləri ilə bağlıdır. Güzəştlərin bu istiqamətdə  tətbiq edilməsini çox istərdim”.

Rəna Nəbi